Səs: Real audio
“Kərimov bugünkü Səddam Hüseyndir” Elmar Məmmədyarova istinadən Ermənistanın işğal altında olan yeddi rayonu qaytara biləcəyi haqda yayılan məlumatları ekspertlər önəmli saymırlar.
Məsələn, politoloq Rasim Musabəyovun sözlərinə görə, necə və harada deyilməsindən asılı olmayaraq, Elmar Məmmədyarovun 7 rayonun qaytarılacağı ilə bağlı dediklərində yeni heç nə yoxdur. Çünki, bundan əvvəlki danışıqların gedişində də öncə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların azad olunması məsələsi olub. Özü də bu təklif Ermənistan tərəfindən irəli sürülüb.
Vaxtilə Qarabağla bağlı danışıqlarda iştirak edən Vəfa Quluzadə isə Elmar Məmmədyarovun 7 rayonun qaytarılmasını uğur kimi qələmə verməsini səhv adlandırır. Vəfa Quluzadənin fikrincə, Dağlıq Qarbağla bağlı situasiya 1994-cü ildə necə dondurulmuşdusa, elə də qalıb.
Vəfa Quluzadə Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasının əslində Azərbaycan üçün sevindirici xəbər olmadığını iddia edir. Onun sözlərinə görə, ermənilər bu planı əvvəllər də təklif edib, amma bunun müqabilində elə şərtlər irəli sürüblər ki, bu rayonların qaytarılması Azərbaycana sərf etməyib.
Müstəqil politoloq Zərdüşt Əlizadə isə xarici işlər nazirinin mediada yayılan açıqlamalarına inanmadığını deyir. Cənab Əlizadənin fikrincə, əgər doğrudan da danışıqlarda gerçək bir irəliləyiş olsaydı, onda tərəflər artıq açıq danışıqlara keçərdilər. Və öz ictimaiyyətlərini real güzəştlərə hazırlayardılar.
Xairici işlər nazirinin müavini və Azərbaycan prezidentinin Dağlıq Qarabağ danışıqlarında xüsusi numayəndəsi Araz Əzimov nazir Elmar Məmmədyarovun həqiqəti söylədiyini bildirir. Onun sözlərinə görə, mediada da nazirin fikirləri yayımlanıb, amma tam olaraq deyil.
Araz Əzimovun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri arasında Varşavada baş tutan son görüşdən sonra hər iki prezident ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət ediblər ki, Praqa formatındakı danışıqların davam etdirilməsi üçün səylərini artırsınlar.
Araz Əzimovun fikrincə, bu müraciət onu göstərir ki, hər iki tərəfdə münaqişəni tezliklə həll etmək istəyi var. Cənab Əzimov bu üzdən ATƏT-in Minsk qrupu həmsədrlərinin yaxın müddətdə Azərbaycan və Ermənistana səfərlər edəcəyini və danışıqların daha yüksək səviyyələrdə, indikindən də intensiv formada davam etdiriləcəyini bildirdi.
Xarici işlər nazirinin müavini əlavə etdi ki, yaxın bir neçə ay ərzində danışıqlar artıq konkret nəticələr də verə bilər.
Politoloq Zərdüşt Əlizadə isə bu aktivləşmənin və verilən bəyanatların artıq alışılmış bir şey olduğunu bildirir. Zərdüşt Əlizadə hər iki tərəfin daxili siyasi məqsədlər üçün özünə lazım olan anda danışıqlar prosesini sürətləndirdiyini və ya guya, uğura yaxınlaşdığını göstərmək istədiyini deyir.
Rasim Musabəyov isə Azərbaycan hakimiyyətinin seçkiqabağı ictimai rəyi öz xeyrinə yönəltmək üçün 7 rayonun azad olunması ehtimalını ortaya atmasına inanmır. Cənab Musabəyovun fikrincə, bu iqtidar tərəfindən çox riskli addım olardı. Çünki, seçkiyə kimi hələ 6 ay var, bu altı ayda iqtidarın yalanı açıla bilər.
Rasim Musabəyov doğrudan da danışıqlarda müəyyən bir mərhələyə gəlindiyini ehtimal edir. O düşünür ki, indi Azərbaycan iqtidarı 7 rayonun qaytarılması ilə bağlı xəbəri ortaya atmaqla ictimai rəyin reksiyasını təxmin etmək istəyir.
Xairic işlər nazirinin müavini Araz Əzimov isə bütün bu ehtimalları səhv adlandırır və bildirir ki, onlar nə həqiqətdirsə ictimaiyyətə də onu çatıdırılar. Çünki, ictimai rəylə artıq tanışdırlar.
Ermənistan tərəfi də Azərbaycan xarici işlər naziri Elmar Məm