Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:42
Rubrikalar

Çempion “qızıl oyun”da müəyyənləşəcək


Səs: Real audio
«Freedom House» diktatura rejimlərinin süquta uğradığı 67 ölkədə apardığı araşdırmaya əsasən bu nəticəyə gəlib Futbol üzrə 13-cü Azərbaycan çempionatı başa çatıb. 34-cü turun oyunlarından sonra 13-cü Azərbaycan çempionu bəlli olmayıb. “Neftçi” və “Xəzər-Lənkəran” komandaları hər ikisi 78 xal toplayıb. Çempionatın reqlamentinə görə, qızıl medalın sahibi “qızıl oyun”da müəyyənləşəcək. Oyunun nə vaxt keçirilməsinə isə hələ qərar verilməyib. Sonuncu turda “Şəfa” üzərində texniki qələbə alan “Neftçi”dən fərqli olaraq, “Xəzər Lənkəran” “Gəncə”ni 1-0 məğlub edib. Öz evində “İnter”i 2-0 yenən “Karvan” klubu 76 xalla bürünc medalların sahibi olub. 73 xalı olan “Turan” 4-cü, “Bakı” isə 5-ci yeri tutub. Uzun müddət çempionatın lideri olan “Qarabağ” isə sonuncu turda “Turan”a 2-0 məğlub olub və çempionatı 6-cı yerdə bitirib. Mərkəzi Ordu İdman Klubu, “Ədliyyə”, “Bakılı” və “Şəfa” isə güclülər dəstəsini tərk etməli olub.



Futbol üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Mayın 29-da İran, iyunun 4-də Polşa yığmasıyla qarşılaşacaq Azərbaycan millisinə “Karvan”ın qapıçısı Dmitri Kramarenkonun yerinə Rusiyada çıxış edən Ruslan Məcidov dəvət alıb. Kramarenko şəxsi problemləriylə əlaqədar İran yığmasıyla oyunda iştirak edə bilməyəcəyini açıqlamışdı. Bundan əlavə, yığmanın çalışdırıcısı Karlos Alberto Torres müdafiəçi Vüqar Quliyevi də heyətdən çıxardıb, onun yerinə komandaya Vasif Haqverdiyev çağrılıb.
XS
SM
MD
LG