Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:22

Məktəblərdə “son zəng” çalınır


Səs: Real audio
Kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub Bu gün məktəblərdə “son zəng” çalınır. Elə debatımızın mövzusu da bu günlə bağlıdır. Qonaqlarımız isə debatçı məzunlar Sona ƏzizovaRəşad Həsənovdur.



Sona Əzizova: - Bu gün “son zəng” günüdür. Mən məktəb illərimə nəzər salanda təəssüf hissi keçirirəm. Təəssüf hissi keçirirəm ona görə ki, bu gün məktəblərdə şəraitsizlik hökm sürür. Qış aylarında istilik sisteminin olmaması, məktəb kitablarının yüksək səviyyədə yazılmaması şagirdlərdə dərsə marağı azaldır.



Rəşad Həsənov - Mənim həyatımda məktəbin danılmaz rolu var. Məktəb mənə ilk növbədə təhsil, vətənə məhəbbət, nizam-intizam qaydalarını öyrədib.



- Biz hansı nizam–intizamdan danışa bilərik ki, hazırda məktəblərdə dərslər yüksək səviyyədə keçirilmir və şagirdlər məktəbdən yayınıb başqa işlərlə məşğul olurlar.



- Təhsil naziri Misir Mərdanov qərar verib ki, gələn ildən təhsil sistemində əsaslı dəyişikliklər olacaq. Şagirdlər şənbə və bazar günləri istirahət edəcəklər və s. Və Sizin dediyiniz bu problemlər öz həllini tapacaq.



- Bu gün Azərbaycanda “son zəng” günü olmasına baxmayaraq, heç bir məktəbdə bayram əhval-ruhiyyəsi hiss olunmur. Bu da məktəblərdə şagirdlər hər hansı bir tədbir keçirmək istərkən məktəb rəhbərliyinin qoyduğu qadağalarla bağlıdır.



- Mən bu fikirlə razı deyiləm. “Son zəng”i qeyd etmək üçün məktəb rəhbərliyi tərəfindən bizim üçün lazımi imkanlar yaradılır. Bundan başqa, dövlət də şərait yaradır ki, Dənizkənarı Milli Parkda gənclər bu günü şən keçirsinlər.



- Bizdə təkcə Milli Parkla kifayətlənirlər Amma xaricdə belə deyil. Orada məktəbin həyətində bizim Milli Parkda keçirdiyimizdən də yaxşı “son zəng” gününü qeyd edirlər. Mən istərdim ki, Azərbaycan məktəblərində də elə bir şərait yaradılsın ki, biz də xaricdə yaşayan şagirdlər kimi bu günü ömürlük yadımızda saxlayaq.



- Mənim də bugünkü məzunlara arzum budur ki, müstəqil həyata qədəm qoyub ali məktəbə daxil olmaqla gələcək həyatlarını qurmağa çalışsınlar.
XS
SM
MD
LG