Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:02

Bakı Gürcüstandakı hərbi-sursatın Qarabağa ötürüləcəyindən narahatdır


Səs: Real audio
Kəmərin tikintisi zamanı bir sıra çatışmazlıqlar olub Moskva və Tbilisi Rusiya bazalarının 2008-ci ilədək Gürcüstandan çıxarılması barədə razılığa gəliblər.



Bəs, Axalkalaki və Batumidə yerləşən 100-dən çox tank, 200-dən çox PDM və 170 artilleriya sistemini Rusiya hara daşıyacaq?




Rusiyada bazaların Ermənistana daşınmayacağını deyirlər. Onu da istisna etmirlər ki, texnikanın bir qismi ora göndəriləcək.



RİTA-SİTA agentliyi Rusiya Hərbi Hava Qüvvələrinin 61-ci ordusunun komandanı, general-leytenant Viktor Denisova istinadən xəbər verir ki, texnikanın daşınmasında Ermənistanın Gümrü aerodromundan da istifadə olunacaq. Bəs, bu texnikanın Ermənistana daşınması ehtimalı nə dərəcədə realdır?



Gürcüstanlı hərbi təhlilçi Koba Liklikadzeyə görə, “bu ehtimal güclüdür. Unutmaq olmaz ki, keçmişdə Axalkalakidəki 62-ci hərbi bazanın texnikası bir neçə dəfə Yerevan tərəfə daşınıb. Bu, bir neçə dəfə narahatlığa, hətta Gürcüstanla Ermənistan arasında nota mübadiləsinə səbəb olub”.



Bununla belə, Liklikadze hərbi texnikanın böyük əksəriyyətinin Dağıstanın Botlix rayonunda yerləşdiriləcəyi barədə məlumatları daha ağlabatan sayır.



Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyir ki, Rusiya bazalarının Gürcüstandan çıxarılması məsələsində Azərbaycan Tbilisinin mövqeyini dəstəkləyir, ancaq həmin silah-sursatın bir hissəsinin Ermənistan ərazisində yerləşdiriləcəyi barədə mediada yayılmış məlumatlardan narahatdır.



Azərbaycanın Xarici İşlər Nazirliyi mayın 23-də bu məsələylə bağlı Rusiyaya nota göndərmişdi. Notada Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Yuri Baluevskiyə istinadla yayılmış xəbərlərdən narahatlıq ifadə olunurdu. Deyilirdi ki, hadisələrin bu cür inkişafı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlara təsir göstərə bilər. Rusiya tərəfdən hələ cavab yoxdur.



Xarici işlər nazirinin müavini Rusiyanın “Avropada adi silahlar haqqında” müqaviləni pozaraq Ermənistana əlavə silah keçirəcəyinə inanmadığını deyir.



Yaltaya səfərdən qayıdan Milli Məclisin sədri Murtuz Ələsgərov isə mayın 31-də bildirib ki, Rusiya tərəfi Gürcüstandan çıxarılan silahları Ermənistan ərazisində – Gümrüdəki bazaya yerləşdirməyi nəzərdə tutur.



Keçmiş müdafiə naziri Tacəddin Mehdiyev Rusiya silah-sursatının Gürcüstandan Ermənistana, ordansa Dağlıq Qarabağa köçürülməsini həmin ərazinin nəzarətsiz olması baxımından mümkün sayır.



O deyir ki, “bir tək Rusiyaya nota verməklə iş qurtarmamalıdır. Bütün dünya ictimaiyyətinə çatdırmalıyıq ki, “cinah sazişi” pozulub. Bütün Avropanı buna qarşı qaldırmalıyıq”.
XS
SM
MD
LG