Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:37

Bakıda YAP-ın, Sumqayıtda müxalifətin mitinqinə icazə verilib


Səs: Real audio
Bir şərtlə ki, «Barmek» şirkəti Azərbaycandan çıxarılsın Sumqayıt şəhər İcra Hakimiyyəti ADP, AXCP və Müsavat partiyalarının yerli təşkilatlarının iyunun 16-da etiraz aksiyası keçirməsinə razılıq verib. Amma şəhər rəhbərliyi yürüş yox, yalnız “İnşaatçılar” stadionunda mitinq keçirilməsini təklif edib.



Müsavat partiyası Sumqayıt şəhər təşkilatının Şura üzvü Fəhmin Hacıyev deyir ki, bu yer şəhər mərkəzindən uzaq olduğu üçün onları qane etmir. Ona görə də onlar əvvəlcədən nəzərdə tutduqları marşrut üzrə yürüş-mitinq keçirəcəklər.



Müsavat, AXCP və ADP-dən ibarət seçki bloku Gəncə və Lənkəranda da mitinqlər keçirməyi planlaşdırır.



Bakı şəhər İcra Hakimiyyəti də hakim YAP-ın iyunun 15-də mitinq keçirməsinə razılıq verib. Həmin partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyir ki, mitinqin başlıca şüarı «İlham Əliyevlə qüdrətli Azərbaycan uğrunda» olacaq.



AXCP, Müsavat və ADP–nin yaratdığı “Azadlıq” bloku isə iyunun 18-də eyni ünvanda mitinq keçirmək üçün BŞİH-nə müraciət edib. Şəhər rəhbərliyinin cavabı hələlik məlum deyil. “Azadlıq” bloku bu aksiyanı azad seçki şüarları ilə keçirmək niyyətindədir.
XS
SM
MD
LG