Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:44
Rubrikalar

Qadın voleybolçular Kuba komandasını 3-1 məğlub etdi


Səs: Real audio
Prezident yanında Əfv Komissiyası növbəti toplantısını keçirib - İyunun 15-də Rusiyanın Yekaterinburq şəhərində «Yeltsin Kuboku» start götürüb. Azərbaycanın qadın voleybolçularının ilk rəqibi Kuba komandası olub. Oyun 3-1 hesabıyla Azərbaycan yığmasının xeyrinə nəticələnib.



Yığmanın 2 əsas oyunçusu – Alla Həsənova və Yelena Şabovta Yekaterinburqa getməyiblər. Azərbaycan Voleybol Federasiyası mətbuat xidmətinin rəhbəri Zöhrab Gözəlbəyli deyir ki, yığmanın baş məşqçisi Faiq Qarayev komandanı bu yarışa eksperimental tərkiblə aparıb. Məqsəd gəncləri yoxlamaqdır.



Zöhrab Gözəlbəylinin sözlərinə görə, iyulun 1-dən 3-dək Moskvada dünya çempionatının 3-cü təsnifat yarışları keçiriləcək. Faiq Qarayevin bu cür eksperimentlərdə əsas məqsədi həmin yarışlara daha yaxşı hazırlaşmaqdır.



Azərbaycanın qadın voleybolçuları “Yeltsin Kuboku” uğrunda əvvəlki iki turnirdə bürünc mükafata layiq görülüb.



İyunun 16–da onlar Hollandiya, 17-də isə Türkiyə komandaları ilə görüşəcəklər.



- Azərbaycan boksçuları isə iyunun 18-dən 27-dək Macarıstanın Şiofok şəhərində keçiriləcək yeniyetmə boksçuların Avropa çempionatına hazırlaşır. Baş məşqçi Nəriman Abdullayevin rəhbərliyi ilə Azərbaycanı bu yarışda təmsil edəcək komandada Şahlar Tağıyev, Elgün Əhmədov, Anar Sadıqlı, İsmət Eynullayev və digər yeniyetmə boksçular var. Çempionatda idmançılar özlərini 12 çəki dərəcəsində sınayacaqlar.



- Futbol üzrə Çempionlar Liqasının 2005-2006-cı il mövsümündə hansı komandaların iştirak edəcəyi tam müəyyənləşib. Avropanın klub komandalarının ən yüksək mükafatı uğrunda mübarizədə Azərbaycanı Bakının «Neftçi» komandası təmsil edəcək.



Komandanın baş məşqçisi Ağasəlim Mircavadov “Neftçi”nin mübarizəyə birinci mərhələdən qatılacağını bildirir. Bu mərhələdə “Neftçi” ilə yanaşı keçmiş Sovet məkanından Tbilisinin «Dinamo», Almatının «Kayrat», Yerevanın «Pünik», Minskin «Dinamo» və Kaunasın eyni adlı komandaları da mübarizə aparacaq. Çempionlar Liqasında bütövlükdə 74 futbol klubu iştirak edəcək.
XS
SM
MD
LG