Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:29

M. Bryus: «Siyasi məhbus məsələsi gündəlikdən çıxarılmayacaq»


Səs: Real audio
Blok parlament binası qarşısında piket keçirməyi planlaşdırır «Siyasi məhbuslarla bağlı hesabat Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasının gündəliyindən çıxarılmayacaq». Bunu iyunun 17-də «Azadlıq» radiosuna AŞ PA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə mərüzəçisi, Britaniya parlamentinin üzvü Malkolm Bryus dedi.



O, son günlər Azərbaycanın hakimiyyət dairələri və bir qrup qeyri-hökumət təşkilatlarının siyasi məhbus məsələsinin sessiyanın gündəliyindən çıxarılması üçün quruma müraciətini şərh edərkən belə söylədi.



Cənab Bryus məsələnin Assambleyanın gündəliyində olduğunu və bunun dəyişdiriləcəyini təsəvvür edə bilmədiyini deyir: «Məsələ artıq Assambleyanın gündəliyinə daxil edilib və inanıram ki, Qanunçuluq və İnsan Haqları Komitəsi hesabatın müzakirə olunub qəbul edilməsini istəyəcək».



Onun sözlərinə görə, Azərbaycanda siyasi məhbus problemi öz həllini tapmayıb. «Qanunçuluq və İnsan Haqları Komitəsinin üzvləri bu fikirdədirlər ki, siyasi məhbus məsələsı xeyli vaxtdir uzanır. Ona görə də komitə üzvləri daha gözləmək niyyətində deyillər» - deyə, o, bildirir.



Siyasi məhbuslar üzrə mərüzəçi sessiyada problemin həll olunduğunu deməyə hazırlaşmadıqlarını bildirir: «Biz sadəcə, problemin həlli yolunu göstərəcəyik. Hesabat yerdə qalan məhbusların işləri ilə bağlıdır. Komitədə əhvali-ruhiyyə belədir: Hesabatın təsdiq olunmasını daha yubatmaq olmaz!»



İyunun 22-də AŞ PA-nın sessiyasının müzakirəsinə Qanunçuluq və İnsan Haqları Komitəsinin Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatı çıxarılacaq. Avropa Şurası Azərbaycan hökumətini hələ də həbsdə olan siyasi məhbusları azad etməyə və ölkənin ictimai həyatında iştirakı qadağan olunan siyasi mühacirlərə qarşı cinayət işlərinin ləğvinə çağırır.
XS
SM
MD
LG