Səs: Real audio
Onlar AŞ PA-nı Azərbaycanda siyasi məhbus məsələsinin müzakirəsini təxirə salmamağa çağırırlar «Yeni Azərbaycan» qəzetindəki «Leyla Yunus siyasi məhbus probleminin həllindən narazıdır» başlıqlı məqalədə Kəbutər yazır ki, hüquq müdafiəçiləri arasında siyasi məhbus problemi ilə bağlı ciddi fikir ayrılıqları yaranıb. Bu günlərdə siyasi məhbuslarla bağlı məsələləri müzakirə etmək üçün hökumət və hüquq müdafiəçilərinin, həmçinin QHT-lərin iştirakı ilə hazırlanan sənədə onların bəziləri imza atmayıblar. Müəllif bu sırada hüquq müdafiəçiləri Leyla Yunus və Eldar Zeynalovun adlarını çəkir. Yazır ki, bu məsələ onlara başqaları ilə müqayisədə həmişə maddi üstünlüklər gətirib. Müəllifə görə, bu səbəbdən də onlar siyasi məhbus probleminin dövlət səviyyəsində həll olunacağından qorxurlar.
«Bakı-Xəbər» qəzetindəki «Buş avtoritar liderlərə sərt üzünü göstərir» başlıqlı məqalədə Razi Tağı yazır ki, iyunun 16-da ABŞ Özbəkistanda yerləşən Karşi-Xanabad aviabazasında dislokasiya olunmuş hərbi təyyarə və digər sürsatlarını çıxarıb. Məqalədə bildirilir ki, Dövlət Departamenti və Pentaqon rəsmiləri hərbi komandanlığın aktivlərin yerdəyişməsinə dair belə qərar verdiyini açıqlayıblar. Əslində, ABŞ hərbi bazalarını Özbəkistandan çıxarmaqla yalnız avtoritar İslam Kərimova deyil, digər oxşar rejim rəhbərlərinə də sərt mövqe nümayiş etdirib.
«Ayna» qəzetindəki «Aparıcı müxalif qüvvələr bir araya gələ bilərlər» başlıqlı məqalədə İdrak Abbasov yazır ki, söhbət «Azadlıq» və «YeS» bloku təmsilçilərinin Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə həmin ölkənin Bakıdakı səfirliyində görüşündən gedir.
Müəllif yazır ki, bu görüşdə ölkədə demokratik seçki mühitinin yaradılması istiqamətində bütün müxalif qüvvələrin səylərinin birləşdirilməsi məsələsinə toxunulub. Amma görüşdə iştirak etmiş «YeS» təmsilçisi Eldar Namazov bu məlumatı təsdiqləmir. Bununla belə o, səylərin birləşdirilməsində hər hansı problem olmadığını da deyir.