Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:17

Bakı Qarabağ ərazisindən keçməklə Naxçıvana quru yolunun açılmasını təklif edir


Səs: Real audio
Dağlıq Qarabağın hüquqi statusu aydınlaşmayana qədər başqa məsələlərin həlli mümkün olmayacaq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT –in yüksək səviyyəli planlaşdırma qrupu yaradılıb. Bu qrupda yeddi ekspert işləyir. Bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov söylədi. Onun sözlərinə görə, danışıqlar prosesi elə bir mərhələdədir ki, xarici işlər nazirləri səviyyəsində görüşlərin intensivləşməsinə ehtiyac var.



Nazir müavini iki ölkə xarici işlər nazirlərinin iyunun 17-də Parisdə keçirilən görüşündə Azərbaycanın təkliflə çıxış etdiyini bildirir: «Bu, Ağdam-Xankəndi- Şuşa-Laçın-Gorus və Sisyan şəhərlərinin yanından keçərək Naxçıvana daxil olan yolun bərpa edilməsi təklifidir».



Cənab Əzimovun fikrincə, bu yol Dağlıq Qarabağda yaşayacaq erməni və azərbaycanlıların bir – birinə inamının yaranması və əməkdaşlıq etmələrinə yardımçı ola bilər. İlkin mərhələdə bu yolun təhlükəsizliyinin beynəlxalq qüvvələr tərəfindən qorunması nəzərdə tutulur.



O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Parisdə verdikləri bəyanatların qaneedici olduğunu da bildirir. Bu bəyanatlarda həmsədrlər DQ-dakı rejimi müstəqil və legitim kimi tanımadıqlarını bildiriblər.



Cənab Əzimov DQ-da keçirilən qanunsuz seçkilərin qarşısını yalnız münaqişənin həll edilməsinin ala biləcəyini söyləyir. Onun fikrincə, bu məsələdə hansısa başqa təsir, güc tətbiq etmək heç bir nəticə verməyəcək.
XS
SM
MD
LG