Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:22
Rubrikalar

“SEÇKİ QATARI”: "Seçici adını siyahıda tapmasa, neyləyəcək?


Səs: Real audio
Bütün bədbəxt hadisələr özəl çimərliklərdə baş verib “SEÇKİ QATARI” “Azadlıq” radiosu və “İnternyus-Azərbaycan”ın birgə layihəsidir. Veriliş Amerikanın Beynəlxalq İnkişaf Agentliyi və Avrasiya Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.



Bu verilişimizdə:



- “Seçici siyahıları necə olmalıdır” sualına cavab arayacaq;



- Qazaxdan gələn “seçki boxçası”nı dinləyəcək;



- Vətəndaşın və bilicilərin seçki gözləntiləri ilə tanış olacaq;



- Və ilk parlamentin necə yarandığını biləcəksiz.



Öncə ötən həftənin seçki xəbərləri



- İyunun 28-də Azərbaycan parlamenti Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsini qəbul edib. Parlament bir sıra beynəlxalq qurumların seçki komissiyalarının paritet əsaslarla təşkili, yerli QHT-lərin qeyd-şərtsiz seçkiləri müşahidəyə buraxılması kimi tövsiyələrini nəzərə almayıb.



Hazırkı Seçki Məcəlləsi 2003-cü ilin mayında qüvvəyə minib. Ona 1-ci dəfə dəyişiklik ötən il bələdiyyə seçkiləri ərəfəsində edilib.



- ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesi bildirib ki, seçki komissiyalarının tərkibi dəyişdirilməlidir. Və bunu nəinki ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həm də Avropa Şurası dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətinə çatdırıb.



- ABŞ-ın ATƏT-dəki missiyası Azərbaycan hökumətini ATƏT və Avropa Şurasının Venesiya Komissiyası, eləcə də beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davam etdirməyə çağırıb. Missiyanın bəyanatında deyilir ki, seçkilərin ATƏT standartlarına uyğun şəkildə keçirilməsinə görə bütün tərəflər – həm hakimiyyət, həm də iqtidar məsuliyyət daşıyır.



- «İctimai Liderlər» Birliyi Milli Məclisin Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı qərarından təəssüfləndiyini bildirib və qanun layihəsinin yenidən parlamentə qaytarılmasını istəyib.



- Azərbaycanda rəsmi səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin “AQO” monitorinq qrupu hökuməti seçki komissiyalarının paritet əsaslarla yaradılmasına çağırıb.



- 2003-cü ilin prezident seçkilərindən sonra həbs edilən 7 müxalifət funksionerindən 4-ü – İbrahim İbrahimli, Pənah Hüseyn, İqbal AğazadəEtimad Əsədovun haqqındakı məhkəmə hökmü ləğv olunub.



- Birləşmiş Ştatların Azərbaycandakı səfiri Rino Harniş bildirib ki, vətəndaşların sərbəst toplaşmasına təkcə paytaxtda deyil, bölgələrdə də icazə verilməlidir.



- Xalq Cəbhəsi, Demokrat və Müsavat partiyalarının yaratdığı «Azadlıq» bloku iyulun 2-də bölgələrdə «Azad seçki!», «Korrupsiyaya yox deyirik!» və “Məmur özbaşınalığına son qoyulsun!” tələbləriylə yürüş-mitinqlər keçirib. Neftçala, Sabirabad, Gədəbəy, Lənkəran, Masallı, Cəlilabad və Sumqayıtda askiyalar baş tutub. “Azadlıq” blokunun mitinq komitəsindən Həsən Kərimovun sözlərinə görə, bir çox bölgələrdə polis aksiyaların təşkilinə əngəllər yaratmağa çalışıb və bu sahədə ən ağır vəziyyət Sabirabadda qeydə alınıb.



Verilişimizin əsas mövzusu:



- 2003-cü il prezident seçkiləri günü Bakı şəhərində məhkəmələrin qarşısında uzun növbələr vardı. Növbəyə duranlar səs vermək üçün məntəqələrə gedən, amma öz adını seçici siyahılarında tapmayanlar idi.



Bəs builki parlament seçkilərində eyni problemlər yaşanacaqmı? Səsverməyə gedən vətəndaş öz adını seçici siyahısında tapmasa, neyləyəcək?



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG