Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

Avropa rəsmisi televiziyanı müxalifətin üzünə açmağa çağırır<p align=`left`><br><br>


Səs: Real audio
Londondakı partlayışlarda azərbaycanlıların zərər çəkib-çəkmədiyi məlum deyil Müxalifət proqramını açıqlamaq üçün yalnız mitinqlərdən istifadə etməməlidir. Onlar üçün televiziya kanallarında da şərait yaradılmalıdır.



Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiye bu fikirdədir. Onun sözlərinə görə, noyabr seçkiləri əvvəlkilərdən daha demokratik keçirilməlidir.



Heyki Talvitiye Bakıya ikigünlük səfəri zamanı seçki komissiyalarının tərkibinin dəyişdirilməsi məsələsini də qaldırdığını, amma hökumətdən “buna ehtiyac yoxdur” cavabını verdiklərini söylədi. Cənab Talvitiyenin fikrincə, komissiyaların tərkibi dəyişdirilməsə də, heç olmasa, “ekzit-pol”un daha keyfiyyətli keçirilməsinə çalışmaq lazımdır. Avropa Birliyinin xüsusi nümayəndəsi seçkilərin təşkili ilə bağlı müəyyən inkişafın da olduğunu deyir.



Heyki Talvitiye mitinqlər zamanı nümayişçilərlə polis arasında müəyyən məsafənin saxlanmasının və ümumiyyətlə polisə treninqlərin keçirilməsinin vacib olduğunu deyir. Onun sözlərinə görə, bu üsülla təxribatların qarşısını almaq olar.



Heyki Talvitiye seçkiqabağı vəziyyəti öyrənmək üçün payızda da Azərbaycana gələcəyini bildirdi.
XS
SM
MD
LG