Səs: Real audio
Onların arasında Sabir Rüstəmxanlı və Afaq Məsudun da adı var İyulun 13-də mətbuat vasitələri və hakimiyyət nümayəndələri "Anlaşma Memorondumu" və "Seçki Kampaniyalarında Davranış Kodeksi" adlı iki sənəd imzaladılar. Sənədə 20-yə yaxın yazılı və elektron kütləvi informasiya vasitəsinin nümayəndəsi imza atdı. Memorandum açıq olduğundan imzalanma sonrakı günlərdə də davam edəcək. Hər iki sənəd Avropa Şurası Media Bölməsinin prezidentin İcra Aparatı ilə birlikdə «Media və seçkilər» mövzusunda keçirdiyi üç günlük seminarın yekununda qəbul edildi.
Anlaşma Memorandumunda göstərilir ki, mətbuat və hakimiyyət arasında davamlı dialoq şəffaf olmalı və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmalıdır: «KİV təhqirdən çəkinməli, mətbuat xidmətlərində çalışan məmurlar üçün treninqlər keçirilməlidir».
Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov hər iki sənədi əhəmiyyətli sayır: «İllərdən bəri gözlədiyimiz dialoq alındı. Seçkiqabağı siyasi mübarizə şəraitində biz çalışdıq ki, mətbuat orqanlarını ortaq məxrəcə gətirək. Hər bir mətbuat orqanı siyasətlə məşğul olub-olmamasından asılı olmayaraq bütün insanlara hörmətlə yanaşmalıdır».
«Yeni Nəsil» Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev isə sənədi növbəti şans sayır: «Bu, bir şansdır. Ancaq sənədin uzunömürlülüyünə heç kim qarantiya verə bilməz».
Mətbuat və Milli Televiziya və Radio şuraları memorandumun necə həyata keçirilməsinin monitorinqini aparacaq.
Tərəflər Avropa Şurasının standartlarına uyğun «İnformasiya azadlığı» və «Diffamasiya haqqında» qanun layihələrinin qısa müddətdə qəbuluna, KİV haqqında qanuna isə əlavə və dəyişikliklər etməyə razılaşdılar.
Bu, hakimiyyət və KİV arasında dialoqla bağlı imzalanan üçüncü memarondumdur.