Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:23

Gəncənin bir qrup sakini avtomobil yolunu bağlayıb


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» İyulun 14-də Gəncənin Totanlı küçəsinin bir qrup sakini

avtomobil yolunu bağlayıb. Sakinlərin narazılığına səbəb evlərinin sökülməsidir. Onlar deyirlər ki, bu ərazini vaxtilə şəhər Yaşıllaşdırma İdarəsindən icarəyə götürüb, ev tikiblər. Evlərin sənədləşməsini isə indiyədək apara bilmirlər.



Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ramiz Mehdiyev isə deyir ki, evlər qanunsuz tikilib. İcra başçısının müavini Şahmalı Cavadov da bildirir ki, vaxtilə müvafiq qurumlar bu ərazidə evlərin inşasına göz yumublar.



Sakinlər iddia edirlər ki, onların evləri söküləndən sonra Nizami rayon rəhbərliyi torpağı imkanlı şəxslərə satacaq.



İcra başçısının müavini Şahmalı Cavadov isə deyir ki, torpağın kiməsə satılmasından söhbət gedə bilməz.



Sonradan hadisə yerinə gələn polislər yolu açıblar.



Sakinlər deyirlər ki, onlar evlərinin sökülməsinə heç cür imkan verməyəcəklər.
XS
SM
MD
LG