Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:40

Paula Dobrianskinin Azərbaycana səfəri başlayır<p align=`left`><br><br>


Səs: Real audio
Nazilə Qabulova adlı şikayətçi zoraklığa məruz qaldığını bildirir İyulun 26-dan 28-ə qədər ABŞ Dövlət Katibinin Qlobal Məsələlər üzrə müavini Paula Dobrianski Azərbaycanda səfərdə olacaq.



Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən “Azadlıq” radiosuna verilən məlumata görə, xanım Dobrianski ölkə rəsmiləri, partiya nümayəndələri və digər bir sıra şəxslərlə görüşəcək.



"Yeni Siyasət" seçki blokunun həmtəsisçisi Eldar Namazovun sözlərinə görə, artıq seçki bloklarının rəhbərləri iyulun 27-i günün birinci yarısıda ABŞ-ın Azərbaycandakı səfirliyində P.Dobrianskilə görüşə dəvət olunublar.



Cənab Namazov deyir ki, görüşdə seçki komissiyalarının paritet əsasda formalaşmasından tutmuş seçkini müşahidəyə qədər bütün məsələləri müzakirə etməyə çalışacaqlar.



Ötən ilin avqustu və bu ilin fevralında ABŞ-a səfəri zamanı xanım Dobrianskilə görüşən AXCP sədri Əli Kərimli deyir ki, onlar ilk dəfə ümumi olaraq Azərbaycan-Amerika münasibətlərindən danışıblarsa, sonradan əsas müzakirə mövzusu bu ilin noyabrında keçiriləcək parlament seçkisi olub. Xanım Dobrianskinin Dövlət Departamentində kifayət qədər yüksək vəzifədə təmsil olunduğunu vurğulayan cənab Kərimli seçkiyə üç ay qalmış onun Azərbaycana gəlişindən çox şey gözlədiklərini deyir.



P.Dobrianski iyulun 27-də yerli mətbuat nümayəndələri ilə görüşəcək.



Bir neçə gündən sonra isə Ukraynada prezident seçkisi zamanı Corc Buşun səlahiyyətli nümayədəsi olmuş, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Riçard Luqar da Azərbaycana gələcək.
XS
SM
MD
LG