Səs: Real audio
AXCP sədrinin müavini icazəsiz aksiyaları Yeni Azərbaycan Partiyası və hökumətin təşkil etdiyini deyir Avqustun 6-da saat 12 radələrində bir qrup şəxs AXCP qərargahının qarşısında sanksiyalaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd etdilər. Aksiyaçıların əllərində partiyanın sədri Əli Kərimli və «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirliyə qarşı şüarlar vardı. Etiraz edənlər AXCP qərargahına pamidor və yumurta atdılar. Qarşı tərəf də eyni üsulla buna cavab verdi. Sonra aksiyaçılarla AXCP fəalları arasında bir neçə kiçik toqquşma baş verdi. Etiraz edənləri sıxışdıran AXCP üzvləri «İstefa!» şüarları səsləndirməyə başladılar. Təxminən iki saata yaxın sürən aksiyaya polis müdaxilə edərək qarşıduran tərəfləri ərazidən uzaqlaşdırdı.
Saat 2 radələrində isə daha bir qrup gənc əllərində şüarlar AXCP qəragahının qarşısında aksiya keçirməyə cəhd etdilər. Onların qarşısını kəsən partiya fəalları aksiyaçıları qərargaha yaxın buraxmadılar. Hər iki tərəf biri – birinin ünvanına qarşılıqılı ittihamlar səsləndirdilər.
AXCP sədrinin təşkilati məsələlər üzrə müavini Həsən Kərimli deyir ki, aksiyaları Yeni Azərbaycan Partiyası və hökumət təşkil edib.
Hakim partiyanın İcra Katibinin müavini Səyavuş Novrozov isə deyiləni təkzib edir.
Hazırda Səbayel rayon Polis İdarsinin əməkdaşları ərazidə vəziyyətə nəzarət edirlər.
Avqustun 4-də Baş Prokurorluq AXCP-yə yaxınlığı ilə seçilən «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlini şübhəli şəxs qismində saxlayıb.
Prokurorluğun yaydığı məlumatda bildirilir ki, iyulun 28-29-da «Yeni Fikir» təşkilatının üzvləri Ruslan Bəşirli və Osman Əlimuradov AXCP sədri Əli Kərimlinin tapşırığı ilə Tbilisiyə səfər etmiş və burada özlərini Gürcüstan demokratik qüvvələrinin nümayəndələri kimi təqdim edən Merabi Cibutiya və əslində, Ermənistan xüsusi xidmət orqanlarının işçiləri olan Georgi İspiryan və Vardan adlı şəxslərlə görüşmüşdür. R.Bəşirli onlardan pul alaraq məxfi işbirliyinə cəlb olunmuşdur.
R.Bəşirliyə qarşı Cinayət Məcəlləsinin 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusion quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə cinayət işi başlanıb.
AXCP sədri Əli Kərimli isə insidentin Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən təşkil olunduğunu və əsl hədəfin rəhbərlik etdiyi partiya və özü olduğunu deyir.