Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:22

«Yeni Fikir»in üzvləri prokurorluğa çağırılıblar


Səs: Real audio
Elçin Qəmbərov siyahının genişlənəcəyini istisna etmir Avqustun 9-da «Yeni Fikir» Gənclər Təşkilatının (GT) dörd üzvü - Səid Nuriyev, Ramil Tağıyev, Namiq Feyziyev və Əhməd Şahidova Baş Prokurorluqdan çağırış gəlib.



Bunu təşkilatın beynəlxalq əlaqələr üzrə koordinatoru Səid Nuriyev bildirir. O, «gedib öz ifadələrimizi verəcəyik» deyir.



«Yeni Fikir» GT-nin sədri Ruslan Bəşirlinin vəkili Elçin Qəmbərov isə bildirir ki, artıq bu məsələ ilə bağlı prokurorluğa təşkilatın 10 üzvü dəvət edilib. O, siyahının genişlənəcəyini bildirir.



Cənab Qəmbərov çağırılanlara mənəvi təziq və ya istiqamətləndirici sualların veriləcəyini istisna etmir. Ancaq deyir ki, prokurorluğun məhz bu prosesdə nəcə hərəkət edəcəyi şahidlər dindirildikdən sonra məlum olacaq.



İşlə bağlı adı hallandırılan AXCP sədrinin müavini Fuad Mustafayev də prokurorluqda dindirilib.



R.Bəşirlinin digər vəkili Osman Kazımov isə müdafiə etdiyi şəxslə görüşdüyünü bildirir. Onun sözlərinə görə, «Yeni Fikir»in rəhbəri ermənilərlə əlaqəsi olmadığını və bu məsələdə özünü günahkar saymadığını bildirib.



Baş Prokurorluğun Mətbuat Xidməti deyilənlərlə hər hansı şərh vermədi.
XS
SM
MD
LG