Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:17
Rubrikalar

Neft bahalaşmaqda davam edir


Səs: Real audio
Nazir adam oğurluğu ilə bağlı 70 nəfərin həbs olunduğun deyir - Dünya bazarlarında neftin qiyməti bu həftədə 5-ci maksimumuna çatdı: xam neft indi 66 dollardan yuxarıdır.



"Reuters" agentliyi Nyu-York brokerlərinə istinadən xəbər verir ki, gələcək aylar neftin daha da bahalaşacağı gözlənilir.



Ekspertlər səbəblərdən biri kimi İranla bağlı yaranan vəziyyəti göstərirlər. Avropa İttifaqının uranın zənginləşdirilməsi məsələsində İranı razı sala bilməməsi nefin qiymətlərinə birbaşa təsir edir.



- Azərbaycan Dövlət Neft Şirkəti 1 ton neftin hasilatına 41 dollar sərf edir.



Şirkətin prezidenti Natiq Əliyevin sözlərinə görə, dünya bazarlarında 66 dollara satılan 1 barrel neft Dövlət Neft Şirkətinə təxminən 5.5 dollara başa gəlir.



- Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4 664, 1 avro 5812, 1 rubl isə 164 manatdır.
XS
SM
MD
LG