Səs: Real audio
Rusiyanın "Regnum" agentliyi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun belə bir bəyanatla çıxış etdiyini bildirir Avqustun 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə üç nəfər keçmiş hərbçinin işi üzrə hazırlıq iclası keçirildi. Çavuş Ruslan Bəkirov, sıravilər Xəyal Abdullayev və Hikmət Tağıyev vətənə xəyanət, fərarilik və hərbi növbətçilik qaydalarını pozmaqda ittiham olunurlar. İstintaq materiallarına görə, onlar Tərtər istiqamətində sərhəddi keçərək, Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqə qurublar.
Hərbi prokuror Xanlar Vəliyev: «Onlar könüllü şəkildə Ermənistana keçiblər. Düzdür, əvvəlcə heç də məqsədləri Azərbaycan dövlətçiliyinə qarşı çıxmaq olmayıb. Sadəcə, hadisələrə düzgün qiymət verməyiblər. Hesab ediblər ki, erməni əsgərlərlə yeyib-içə bilərlər. Ermənilər də onları aldadıb, sonra da əməkdaşlığa cəlb ediblər».
Hərbi ekspert Üzeyir Cəfərov deyilənlərlə razılaşmır: «Onlar doğrudan da vətənə xəyanət etmək istəsəydilər, Azərbaycana qayıtmazdılar. Üçüncü bir ölkəyə təhvil verilmələrini xahiş edə bilərdilər».
Keçmiş hərbçilər bu ilin mayında əsirlikdən qaıtdıqdan sonra həbs olunublar.
Dövlət sirri ilə bağlı hakim Qədim Babayev məhkəmənin sentyabrın 6-da qapalı keçiriləcəyini bildirib.