Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:10

Nazir "holland sindromu" təhlükəsindən danışdı


Səs: Real audio
Təşkilat Ruslan Bəşirlinin azadlığa buraxılması tələb edir İqtisadi İnkişaf Nazirliyi ölkəyə gətirilən malların birə-beş qiymətə satıldığını elan edəndən sonra indi də ixracata şərait yaradılması məsələsinə keçib.



Azərbaycanda adambaşına düşən ticarət dövriyyəsinin həcmi 900 dollardır. Bunu iqtisadi inkişaf naziri Fərhad Əliyev avqustun 30-da “Hyatt Regency” otelində Azərbaycanda ixrac və investisiyalara həsr olunmuş tədbirdə bildirdi. O qeyd etdi ki, Azərbaycanla müqayisədə bu rəqəm Qazaxıstanda 2100, Baltikyanı ölkələrdə 5000, Almaniyada isə 20 min dollara yaxındır.



Fərhad Əliyev bunu Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin zəif olmasıyla əlaqələndirdi. Onun dediyinə görə, Azərbaycan 130-a yaxın ölkə ilə ticarət əlaqəsi qurub. Bu əlaqələrdə ixracatın 80 faizi neft-qaz sahəsinin payına düşür ki, bu da ölkənin inkişafı üçün təhlükəli amildir.



Həm iqtisad naziri, həm də iş adamları hesab edirlər ki, ixracatda qeyri-neft sektorunun payının artırılmasında əsas rolu kənd təsərrüfatı malları oynaya bilər.



“Karvan-L” şirkətinin prezidenti Əbülfəz Qafarov qeyd etdi ki, Rusiya və Ukraynada Azərbaycanın kənd təsərrüfatı mallarına böyük ehtiyac var, amma həmin ölkələrin bazarlarına Azərbaycan məhsularının ixracı tez-tez problemlərlə üzləşir. Dediklərinə misal olaraq o bildirdi ki, istehsal etdikləri məhsullarla dolu 3 yük maşını elə bu yaxınlarda Rusiyaya getməyi planlaşdırsa da, 10 gün sərhəddə saxlanıldıqdan sonra onlar geri qaytarılıb.



Digər iş adamlarının dediklərindən belə məlum oldu ki, 10 il əvvəllə müqayisədə istehsalda irəliləyiş olsa da, ixracatla bağlı problemlər inkişafa mane olur.



Bunu daha çox qanunların işləməməsi ilə izah edən iş adamları, o cümlədən iqtisad naziri bildirdilər ki, mövcud problemləri aradan qaldırmaq üçün qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var. Digər tərəfdən o da məlum oldu ki, qeyri-neft sektoruna aid ixracatın aşağı səviyyədə olması həm də Azərbaycanda hələ dünya standartlarına cavab verən məhsulların istehsal edilməməsi, keyfiyyətin aşağı olması ilə bağlıdır.



İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu isə qeyd edir ki, ölkənin neft gəlirləri çoxaldıqca milli valyutanın məzənnəsinin bahalaşması baş verir. Bu ilin altı ayı ərzində Azərbaycan manatının 3.5 faiz bahalaşdığını deyən iqtisadçı ekspertə görə, bu, ixracatçılara qətiyyən sərf etmir. Elə bu baxımdan ixracata mane olan amillərdən biri də budur.



Bununla belə cənab İbadoğlu hesab edir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulundan sonra problemlərin həlli sürətlənə bilər.
XS
SM
MD
LG