Səs: Real audio
Mats Lindberq: «Polisin Davranış Məcəlləsi» adlı sənədin hazırlanacağı planlaşdırılır» Sentyabrın 5-də Azərbaycana gələcək Avropa Şurasının (AŞ) baş katibi Terri Devis hakimiyyətə bir sıra mesajlar çatdıracaq.
Bunu baş katibin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Mats Lindberq sentyabrın 1-də keçirdiyi mətbuat konfransında söylədi. Onun sözlərinə görə, bu günlərdə AŞ ATƏT-lə birgə polis və daxili qoşunların heyətinə təlimlər keçəcək: «Onlara kütləvi aksiyalar zamanı hüquq və vəzifələri izah olunacaq. Eyni zamanda oktyabrda «Polisin Davranış Məcəlləsi» adlı sənədin hazırlanacağı planlaşdırılır».
Cənab Lindberq deyir ki, seçkiylə bağlı şikayətlərə baxmaq üçün hakimlərə təlimlər keçiriləcək: «Avropa Şurası yaxın vaxtlarda media vasitələrinin seçki dövründə davranış qaydaları ilə bağlı imzalanmış memorandumun yerinə yetirilməsinin monitorinqini aparacaq. İlkin olaraq qırxa yaxın elektron və yazılı mətbuat vasitəsinin fəaliyyəti nəzərdən keçiriləcək. Terri Devisə məsləhət edəcəyəm ki, iqtidar və müxalifət nümayəndələri ilə görüşündə onların nəzarətində olan mətbuat vasitələrindən bu sənədi imzalamağı xahiş etsin».