Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:24

Nazir Dövlət Yol Polisi işçilərinin maaşlarının 5-6 dəfə artırıldığını deyir<p align=`left`><br><br>


Səs: Real audio
Sıravi əməkdaşlar ən azı 350, zabit heyəti isə 400 -700 dollar əməkhaqqı alacaq «Prezident Dövlət Yol Polisi və Post-Patrul Xidməti əməkdaşlarının maaşlarının 5-6 dəfə artırılmasıyla bağlı sərəncam imzalayıb».



Bunu sentyabrın 1-də Daxili İşlər naziri Ramil Usubov Dövlət Yol Polisi İdarəsinin (DYPİ) fəaliyyətinə həsr olunmuş müşavirədə bildirib. Nazir deyib ki, bundan sonra DYPİ strukturlarında çalışan sıravi əməkdaşlar ən azı 350, zabit heyəti isə 400 -700 dollar maaş alacaq.



DYPİ-nin mühasibatlığından «Azadlıq» radiosuna verilən məlumata görə, hazırda sıravi işçilər 350 min, zabit heyəti isə 600 min manata yaxın maaş alır. Buradan əməkhaqqlarının hansı aydan artırılacağı barədə hər hansı informasiyaya malik olmadıqlarını dedilər.



R.Usubovun sözlərinə ğörə, hazırda Dövlət Yol Polisi İdarəsində 2000-ə yaxın adam çalışır. Bu isə hər ay dövlət büdcəsindən 800 min ABŞ dollarına yaxın vəsait deməkdir.



Ötən il də Daxili İşlər Nazirliyi əməkdaşlarının maaşları iki dəfə, bəzi xüsusi təyinatlı hissələrin şəxsi heyətinin əməkhaqqları isə üç dəfə artırılıb.
XS
SM
MD
LG