Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:14

Ayaz Mütəllibovun vəkili baş prokurordan şikayət edəcək


Səs: Real audio
Azərbaycan Səhiyyə Nazirliyinin yaydığı məlumatda belə deyilir. Eks-prezident, 17 saylı Yasamal seçki dairəsindən namizədliyi qeydə alınmış Ayaz Mütəllibovun vəkili Fuad Ağayev məhkəməyə müraciət etməyə hazırlaşır. Buna səbəb Baş prokurorun iki il öncə barəsində həbs qərarı olduğunu əsas gətirərək cənab Mütəllibovun namizəd kimi toxunulmazlıq hüququnu ləğv etməsidir.



Ayaz Mütəllibovun həmsədri olduğu Sosial-Demokrat Partiyasının rəhbərlərindən biri Araz Əlizadə isə baş verənlərlə bağlı ölkə başçısı İlham Əliyevə müraciət etməyə hazırlaşır.



Eks-prezident 20 yanvar 1990-cı ildə sovet qoşunlarının Bakıya yeridilməsində iştirakda, Xocalı faciəsində, Dağlıq Qarabağdakı Azərbaycan kəndlərinin işğalında, mərhum prezident Heydər Əliyevə qarşı terror aktları və 2001-ci ildə dövlət çevrilişi etməyə cəhddə ittiham olunur.
XS
SM
MD
LG