Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:54

«Tikinti mafiyasının Milli Məclisə təcavüzü»


Səs: Real audio
İnsan Hüquqları Evi parlament seçkisinin qorxusuz və ədalətli keçirilməsinə çağırır «Bakı-Xəbər» qəzetindəki «10 sentyabr mitinqi insanların özünə inamını artıracaq» başlıqlı məqalədə Həbibə Abdulla yazır ki, son 12 ilin uğursuzluqlarının başlıca səbəbi vətəndaşların bir çoxunun siyasi proseslərdən kənarda qalması ilə bağlıdır. Bu baxımdan aksiyaların təşkil edilməsi çox önəmlidir. Müəllif yazır ki, siyasi proseslərin inkişaf etdiyi bir dövrdə 10 sentyabr mitinqi insanlarını özünə inamını artıracaq.



«Yeni Azərbaycan» qəzetindəki «Avropa Türkiyədən Cənubi Kipri tanımağı tələb edir» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində qurum üzvləri iki hissəyə parçalanıblar. Almaniya və İngiltərə Türkiyənin birliyə qəbul olmasını dəstəkləsələr də, Fransa inadkar mövqeyindən əl çəkmir. Müəllif yazır ki, Kiprin yunan tərəfinin müstəqilliyini tanımaq şərtinin Türkiyə qarşısında qoyulmasını Böyük Britaniya məqbul saymır.



«525-ci qəzet»dəki «Tikinti mafiyasının Milli Məclisə təcavüzü» başlıqlı məqalədə Kamil Həmzəoğlu yazır ki, deputatlar bələdiyyələrin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini belə qiymətləndirirlər. Parlamentin Regional Məsələlər daimi Komissiyasının iclasında bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər məsələsi müzakirə olunub. Həmin dəyişiklik layihəsinə görə, hündürmərtəbəli binaların yaxınlığında yerləşən torpaq sahələrinin istifadəsi artıq bələdiyyələrlə razılaşdırılmayacaq. Əvəzində qərarı ictimaiyyət verəcək. Müəllif yazır ki, layihəyə əsasən əvəzsiz istifadədə olan torpaq sahələrinin məcburi geri alınması prosesində də bələdiyyələr hər hansı rol oynamayacaqlar.
XS
SM
MD
LG