Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:24
Rubrikalar

Finalın bir addımlığında


Səs: Real audio
AXCP sədri Əli Kərimli: «Mən inanıram ki, demokratik qüvvələr «narıncı inqilab»ın nailiyyətlərinin puç olmasına imkan verməyəcəklər» - Azərbaycanın otüstü xokkey üzrə qadınlardan ibarət yığma komandası Avropa milli komandalarının mübarizə apardığı «Trofi» Kuboku yarışlarının yarımfinalına çıxıb.



Sentyabrın 10-da keçiriləcək yarımfinal qarşılaşmasında Azərbaycan Rusiya ilə, İtaliya isə Belçika yığması ilə qarşılaşacaq. Qaliblər sentyabrın 11-də keçiriləcək final oyununun nəticəsindən asılı olmayaraq 2006-cı ildə Avropa çempionatında mübarizə aparmaq hüququ qazanacaqlar.



- Rusiyada yeniyetmə boksçular arasında Avropa birinciliyi sona çatıb. Turnirdə 6 Azərbaycan boksçusu da mübarizə aparıb. Onlardan Sahib Məmmədli və Mərahim Mehdiyev gümüş, Ramiz Şirinov isə bürünc medal qazanıb.



- Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığma komandası sentyabrın 10-da Xorvatiyaya təlim-məşq oyunlarına yola düşür. Azərbaycan voleybolçuları sentyabrın 17-dən 25-dək bu ölkədə keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.



Çempionatda qitənin 12 komandası iki yarımqrupda yarışacaq. Azərbaycan yığması «B» qrupunda Polşa, Almaniya, Rumıniya, Xorvatiya və Serbiya və Çernoqoriya komandaları ilə gücünü sınayacaq.



- Seulda taekvando üzrə açıq Koreya çempionatı davam edir. Turnirdə 33 ölkədən 600 idmançı mübarizə aparır. Yarışda Azərbaycan yığma komandası 19 taekvandoçu ilə təmsil olunur. Onlardan Zahid Məmmədov (54 kq) gümüş, Fəqan Umudov (72 kq) isə bürünc medal qazanıb.
XS
SM
MD
LG