Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:51

ATƏT seminara polis çağırdı


Səs: Real audio
Səid Nuriyev dövlət çevrilişi etmək və silahlı dəstələr hazırlamaq üçün təlimatlar almaqda şübhəli bilinir ATƏT Azərbaycanda sərbəst toplaşma hüququ mövzusunda seminar keçirib. Maraqlıdır ki, burada siyasi qüvvələrlə yanaşı, polis və yerli icra hakimiyyətləri də iştirak edib.



Bu tərkibdə seminarın keçirilməsini əksər iştirakçılar müsbət qarşılasalar da, bunun hansısa müsbət nəticə doğuracağı ilə bağlı şübhələr hələ də qalmaqdadır.



Format dəyişikliyini müsbət qarşılayan “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov hesab edir ki, seminarda deyilənlərin həyata keçməsi üçün siyasi iradə lazımdır. O, bu seminardan sonra sərbəst toplaşma azadlığı ilə bağlı problemlərin aradan qalxacağına o qədər də inanmır:



"Bizim qaldırdığımız bir çox məsələlər həmin bu insanların [hakimiyyətdən olan iştirakçıların] səlahiyyətində deyil. Bizim problemimiz siyasi iradə problemidir. Görüşdə iştirak edən adamların əksəriyyəti icraçılardır".



Yeni Azərbaycan partiyasının icra katibi Əli Əhmədov isə sərbəst toplaşma azadlığı ilə bağlı məsələlər müvafiq qanunlarda öz əksini tapdığından, hansısa bir sənədin imzalanmasına lüzum görmür:



"Azərbaycanın bu cür [müvafiq] qanunu olduğu halda hansısa bir seminarda kimlərinsə iştirakı ilə öhdəlik götürmək, sənəd imzalamaq ümumiyyətlə, hesab edirəm ki, yersizdir. Bu, qanuna hörmətsizlik olardı".



Müsavat partiyası başqanı İsa Qəmbər tədbirdə müzakirə olunan məsələlərə fikrini bildirməsə də, seminarda rayon və şəhər icra hakimiyyəti nümayəndələri və hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakını müsbət qiymətləndirir:



"Hesab edirəm ki, sərbəst toplaşmaq azadlığı haqqında söhbət gedirsə, burda hakimiyyətin müxtəlif strukturlarının, xüsusən də polis və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı məntiqlidir."



Sosial Demokrat partiyasının həmsədri Araz Əlizadənin sözlərinə görə isə, bölgələrdə vətəndaşların sərbəst toplaşması yaxın gələcəyin işi deyil.



"Bu gün icra hakimiyyəti nümayəndələrinin çıxışı göstərdi ki, onlar düzələn adam deyillər. Onlara deyirlər ki, [aksiyalar] gur, insan olan yerdə olmalıdır, onlar isə, məsələn, Quba isə deyir ki, biz şəhərin kənarında, səfalı bir yerdə, stadionda onlara yer ayırmışıq. Deyirlər ki, qardaş, qanunla qapalı – divarları olan yerdə mitinq keçirmək olmaz. Bunun ardınca Gəncə durur deyir ki, biz də gözəl, qapalı bir yer ayırmışıq".



Quba rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov vətəndaşların sərbəst toplaşmasıyla bağlı Qubada hər hansı bir problemin olmadığını deyir:



"Bizə bir neçə gün bundan qabaq müraciət ediblər. Bizim şəhərin kənarında açıq stadionumuz var. Orda icazə vermişik ki, mitinq keçirilsin".



Seminardan sonra rayon mərkəzində piket, mitinq keçirilməsinə icazə verilib-verilməyəcəyinə gəlincə, cənab Abidov hesab edir ki, bu, bəzi şərtlər daxilində mümkündür:



"Bizdə şəhərin mərkəzində Dədə Qorqud meydanı var. Ordan yol keçir. İndi ona baxarıq, razılaşarıq, müzakirə edərik, amma mitinqə elə icazə verməliyik ki, yol kəsilməsin, maneçilik törətməsin".



Bundan əvvəl hakim YAP-in təşəbbüsü ilə başlanan iqtidar-müxalifət dialoqunun dayandırılmasının əsas səbəblərindən biri də məhz sərbəst toplaşma azadlığı ilə bağlı məsələ idi. Müxalifət partiyaları israr edirdilər ki, partiyaların görüşündə bu sahədə vəziyyət müzakirə olunsun. Hakim partiya isə siyasi təşkilatların fəaliyyətində şəffaflıq və xaricdən maliyyələşmə məsələsinin müzakirəsini istəyirdi.
XS
SM
MD
LG