Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:39

İpoteka Fondu yaradılır


Səs: Real audio
Prezident İlham Əliyev Azərbaycanda ipoteka kreditləri sisteminin yaradılması haqqında fərman imzalayıb Fərmanda dövlət başçısı əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, mənzil tikintisinin səmərəli maliyyələşdirilməsi, ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədilə Milli Bankın (MB) nəzdində İpoteka Fondu yaradılmasını qərara aldığını bildirir. MB rəhbərliyinə bir ay müddətində İpoteka Fondu haqqında əsasnamənin və İpoteka Fondundan kreditlərin verilməsi qaydalarının layihəsini hazırlayıb dövlət başçısına təqdim etməsi tapşırılır.



Fərmanda Maliyyə Nazirliyinə İpoteka Fonduna dövlət büdcəsindən vəsait ayrılması və sığorta sisteminin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar əksini tapıb.



Bundan başqa, dövlət başçısı Nazirlər Kabinetinə İpoteka Fondunun bina ilə təmin edilməsi üçün tədbir görməyi, müxtəlif sosial təbəqələrin və xüsusilə gənc ailələrin güzəştli ipoteka kreditləri ilə təmin edilməsinə dair təkliflər hazırlmağı tapşırır.



Fərman dərc edildiyi gündən qüvvəyə minir.
XS
SM
MD
LG