Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:20

«Əsrin müqaviləsi»nin 11 ili tamam olur


Səs: Real audio
Əli Kərimli iki blok arasında narazılıqların olmasından təəssüflənir "Neft dollarlarının axınının iqtisadiyyata mənfi təsirləri hiss olunur"



«Əsrin müqaviləsi» imzalananda yəqin, heç kəs inanmazdı ki, layihə işə düşəndən sonra neftin qiyməti indiki kimi rekord səviyyəyə çatacaq. Keçən əsrin 90-cı illərində neftin qiyməti hətta 10 dollara enmişdi. İndi isə 70 dollara yaxındır.



Azərbaycanın «Əsrin müqaviləsi»ndən nə qədər gəlir götürəcəyi ilə bağlı 10 il əvvəlki ən nikbin proqnoz təxminən 50 milyard dollar idi. Amma indi belə proqnozlar səslənir ki, Azərbaycanın gəliri bəlkə də ən pis halda bu qədər ola bilər.



Qeyri-hökumət təşkilatlarının "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyasının əlaqələndiricisi Sabit Bağırov deyir ki, əgər neftin 1 barrelinin qiyməti 50 dollar səviyyəsində olsa, Azərbaycanın təkcə mənfəət neftindən götürəcəyi gəlir 160 milyard dollar ola bilər.



Sabit Bağrov deyir ki, dünya iqtisadiyyatının yanacağa olan tələbatı getdikcə artsa da, çıxarılan neft bu tələbatı tam ödəyə bilmir və neft qiymətləri çətin ki, bir də ciddi şəkildə aşağı düşsün.



Amma neft Azərbaycana fantastik gəlir gətirməklə yanaşı, ölkə iqtisadiyyatı üçün böyük problemlər də yarada bilər. Bunu İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Azər Mehtiyev deyir.



Onun sözlərinə görə, artıq indidən neft dollarlarının Azərbaycana axınının ölkə iqtisadiyyatına mənfi təsirləri hiss olunur. O mənada ki, dollar ucuzlaşır, buna görə də xaricdən mal alıb gətirmək həmin malı Azərbayanda istehsal etməkdən sərfəli işə çevrilir. Belələiklə də yerli iqtisadiyyat zəifləyir. O, ötən şənbə dolların manata nisbətən məzənnəsinin kəskin enməsini misal gətirir və bunu "Holland sindromu"nun ilkin əlaməti sayır.



Azər Mehtiyevdən fərqli olaraq, «Yeni Azərbaycan» qəzetinin iqtisadiyyat şöbəsinin müdiri Elbrus Orucov düşünür ki, Azərbaycan hökumətinin neft strategiyasını səmərəli saymaq olar. O deyir ki, bu məsələdə aparıcı neft ölkələrinin, xüsusən də Norveçin təcrübəsindən istifadə olunur və Azərbaycan öz neft gəlirlərinin böyük hissəsini xarici banklarda saxlamaq, səhm bazarına qoymaq və ölkə daxilində qeyri-neft sektorunun inkişafına sərf etməyi düşünür.



Onun fikrincə, bu, "Holland sindromu"nu mümkünsüz edir. Hökumət dövlət büdcəsinə köçürülən neft gəlirlərinin şəffaflığının təmin olunması sahəsində də real addımlar atır.



"Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyasının əlaqələndiricisi Sabit Bağırov isə deyir ki, Azərbaycanın milyardlarla dollar vəsaiti idarə etmək təcrübəsi azdır. O xatırladır ki, indi Neft Fondunda və Milli Bankda cəmləşən valyuta ehtiyatları xarici menecerlərin, konsaltinq şirkətlərinin köməyi ilə idarə olunur, yüksək səviyyəli yerli mütəxəssislər demək olar ki, yoxdur. Bundan başqa, neft gəlirlərinin səmərəli xərclənməsi üçün ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilməlidir.



Sabit Bağırov onu da deyir ki, neft gəlirlərinin xərclənməsinə ictimai nəzarət zəifdir və qeyri-hökumət təşkilatlarının bu işdə daha yaxından iştirakına hökumət şərait yaratmalıdır.
XS
SM
MD
LG