Səs: Real audio
Hüseyn Arabulsa öz sözünü istintaq yekunlaşandan sonra deyəcək «İstintaq materiallarından və Hüseyn Arabulun verdiyi ifadələrdən görünür ki, onun əməllərində və fəaliyyətində ağır cinayətlərin əlamətləri var».
Bu fikri Vergilər Nazirliyi mətbuat xidmətinin rəhbəri Fariz Səmədov «Azadlıq» radiosuna verdiyi müsahibədə deyib:
«2002-2004-cü illərdə 25 milyard 370 milyon manat məsləhət xidməti adı altında Türkiyədə yerləşən «Barmek-Holdinq» şirkətinə köçürülüb. Həmin vəsaitdən Hüseyn Arabul öz müşaviri Ömər Günerə hər ay 30 min dollar məbləğində pul ödəyib. Digər tərəfdən, o, 17 milyard manat vergini ödəməkdən yayınıb. Üçüncüsü, müasir avadanlıqlar əvəzinə, 20-25 il istismarda olmuş köhnə transformatorlar quraşdırılıb. Dördüncüsü isə, çürümüş su borularından hazırlanmış elektrik dirəkləri şişirdilmiş qiymətlərlə istismara verilib. Bunun müqabilində əhalidən enerji haqqı kimi yığılan pullar mənimsənilib».
Cənab Səmədov deyir ki, bütün bu məsələlərlə bağlı «Barmek-Azərbaycan» şirkətinin rəhbəri Hüseyn Arabul Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində beş saata yaxın dindirilib. Onun sözlərinə görə, hazırda istintaq gedir və sadalanan məsələlər araşdırılır.
«Barmek-Azərbaycan»ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bildirir ki, hazırda şirkət rəhbəri iş başındadır: «O, öz sözünü istintaq yekunlaşandan sonra deyəcək».
2002-ci ilin yanvarından Bakı, oktyabrından isə Sumqayıt və Quba-Xaçmaz elektrik şəbəkələri «Barmek-Azərbaycan»ın 25 illik icarəsinə verilib.