Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:02

«Gənclər Parlamenti» təsis edildi


Səs: Real audio
«Azadlıq» bloku növbəti aksiyanı oktyabrın 1-ə təyin edib "Azərbaycan Gənclər Parlamenti" adlı ictimai birlik yaradılıb.



Bu birliyin təsisçiləri Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Könüllülər İctimai Birliyi və Bakı Teleradio Şirkətidir. Parlamenti yaratmaqda əsas məqsəd gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etməkdir. Gənclər, İdman və Turizm Nazirliyinin uşaq və gənclərlə iş üzrə idarə rəisi Fərhad Hacıyev belə deyir:



"Gənclər sahəsində yeni qəbul olunacaq hüquqi və normativ aktlara dair təkliflərin verilməsi, yeni proqramların hazırlanması, gənclərin bir araya gəlib öz sözlərini müxtəlif strukturlara çatdırması üçün belə bir parlament yaradılmalıdır".



Fərhad Hacıyevin sözlərinə görə, "Space" telekanalında "Gənclər Parlamenti" adlı həftəlik veriliş də hazırlanacaq.



"Hər həftə bir iclas olacaq və sırf iclası nümayiş etdirən verilişlər olacaq. Eyni zamanda debatlar təşkil olunacaq, siyasət, iqtisadiyyat adamları gəlib gənclərin suallarına cavab verəcəklər. "Gənclər Parlamenti"nin Milli Məclislə də müəyyən əlaqələri olacaq.



Parlamentdə təmsil olunmaq üçün yaşı 18-35 arasında olan aktiv gənclər namizədliklərini irəli sürə bilərlər. Bunun üçün tərcümeyi-hal, 1 ədəd fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti və təmsil olunduğunuz qurum tərəfindən arayışdan ibarət sənədləri oktyabrın 5-dək "Space" Teleradio və Yayım Şirkətinə təqdim etməlisiniz.
XS
SM
MD
LG