Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:19

<i>«Ayna»</i>: «ABŞ 2006-cı ilin ilk yarısına qədər Azərbaycanda hərbi mövcudluğunu gerçəkləşdirəcək»


Səs: Real audio
Vəkillər müdafiə etdikləri şəxslərlə bağlı heç bir istintaq hərəkətinin aparılmamasından narahatdırlar «Yeni Azərbaycan» qəzetindəki «Ermənistan prezidenti dövlətinin Rusiyanın forpostu olduğunu təsdiqlədi» başlıqlı məqalədə Aqşin yazır ki, Finlandiya prezidenti dünən Ermənistanda səfərdə olarkən erməni həmkarı ilə görüşüb. Robert Koçaryan bəyan edib ki, Ermənistan olduqca mürəkkəb və münaqişəli regionda yerləşir. O, deyib ki, Rusiya hərbi bazaları iki dövlət arasındakı razılaşmaya əsasən Ermənistanda yerləşdirilib. Rəsmi Yerevan da bazaların köçürülməsində maraqlı olub. Prezident bildirib ki, bu bazalar Ermənistanın təhlükəsizliyinin qarantıdır.



«Üç nöqtə» qəzetindəki «Mənzillərin qiyməti beş faiz artıb» başlıqlı məqalədə Sadiq Zaman yazır ki, daşınmaz əmlakın alqı - satqı qiymətlərinin yüksəlməsi mövsümi xarakter daşıyır. Sentyabrın ortalarından evlərin qiymətlərinin qalxması müşahidə olunur. Müəllif qeyd edir ki, qiymətlərdəki artım beş faiz olub. Ümumi tendensiyaya görə, hər il sentyabr ayından başlayaraq evlərin satış qiyməti qalxmağa başlayır. Bu isə həmin dövrdə mənzillərin alınmasına marağın artması ilə bağlıdır. Məqalədə bildirilir ki, bu proses növbəti ilin yanvarına kimi davam edəcək.



«Ayna» qəzetindəki «Pentaqonun Azərbaycanla bağlı niyyəti ciddidir» başlıqlı məqalədə Cəsur Sümərinli yazır ki, ABŞ 2006-cı ilin ilk yarısına qədər Azərbaycanda hərbi mövcudluğunu gerçəkləşdirəcək. Məqalədə bildirilir ki, bu haqda məlumat Birləşmiş Ştatların hərbi qaynaqlarından yayılıb. Amerika Müdafiə Nazirliyinin planları ilə bağlı məlumatlılığını israr edən mənbə bildirir ki, Pentaqonun hərbi mövcudluğu başqa adla reallaşacaq. Müəllif yazır ki, Azərbaycanda ABŞ radar stansiyalarının inşası Pentaqonun gələcək planlarının gerçəkləşməsi istiqamətində ilk addımdır.
XS
SM
MD
LG