Səs: Real audio
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev: «Meriya müxalifətə mitinq üçün bir neçə yer təklif etdiyindən danışıqlara ehtiyac yoxdur» Sentyabrın 29-da ATƏT-in Bakı Ofisində hakimiyyət və müxalifət nümayəndələri arasında oktyabrın 1-ə təyin edilmiş yürüş-mitinqin harada keçirilməsi ilə bağlı danışıqların növbəti raundu baş tutmadı. Buna hakimiyyət təmsilçilərinin görüşə gəlməməsi səbəb oldu.
Müsavat Partiyası başqanının müavini Vurğun Əyyub bildirir ki, görüş baş tutmadığından müxalifət aksiyanı şəhərin mərkəzində keçirəcək: «İqtidar nümayəndələri belə görüşlərdə zəifliklərini hiss etdikləri üçün gəlməkdən imtina etdilər. Bu, bir daha sübut edir ki, onlar qanunsuz əməllərini davam etdirməkdə maraqlıdırlar».
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev isə deyir ki, meriya aksiya üçün müxalifətə bir neçə yer təklif etdiyindən danışıqlara ehtiyac yoxdur: «Biz müxalifətə beş yer təklif etmişik. Onlar bunun birini seçib mitinqlərini keçirə bilərlər. Əgər qanunu pozacaqlarsa, onlara qanunla da cavab veriləcək».
ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavessi isə hökumət nümayəndələrinin davranışından çox təəccübləndiyini bildirir: «Bu gün səhər Əli Həsənovla (Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin müdiri-red.) danışarkən o mənə görüşdə iştirak edəcəyini dedi. Konkret müzakirə predmeti və kompromis tapmaq üçün imkan vardı. Belə qənaətə gəlirəm ki, onlar müxalifət partiyaları ilə dialoqu davam etdirməkdə maraqlı deyillər. Çalışacağam ki, gələcəkdə yaranmış vəziyyətdən çıxış yolu tapaq».
Cənab Pavessi oktyabrın 1-də nə baş verəcəyini bilmədiyini deyir. «Məqsəd o idi ki, keçən bazar müşahidə etdiyimiz qarşıdurmanın baş verməməsi üçün kompromis tapaq. Təəssüf ki, bir tərəf var ki, bunun problem olduğunu dərk etmir» - deyə, o vurğulayır.
ATƏT rəsmisi müxalifətin aksiya üçün təklif etdiyi marşrutların hamısının mükəmməl olmadığını, ancaq variantlardan bir-ikisində mitinq keçirməyin mümkünlüyünü də dedi.
«Azadlıq» seçki blokuna daxil olan Müsavat, Demokrat və Xalq Cəbhəsi partiyaları Bakının mərkəzi meydanlarından birində aksiya keçirmək istəsə də, iqtidar mitinqi şəhər kənarında reallaşdırmağı təklif edir.