Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:27

Avropa Birliyindən Azərbaycana xəbərdarlıq


Səs: Real audio
Qurumun xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner: «Mən azərbaycanlılara aydın demişəm ki, onlar mövqelərini dəyişməsələr, biz irəliyə yalnız Ermənistan və Gürcüstanla gedəcəyik» Avropa Birliyinin (AB) xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner deyib ki, tanınmamış Şimali Kiprlə münasibət yaratması Azərbaycanın bu qurumun "Qonşuluq Siyasəti"nə qoşulmasını gecikdirə bilər. AB yalnız Kipr Respublikasının müstəqilliyini tanıyır. Həmin dövlət isə Bakının Lefkoşa ilə münasibətlər yaratmasına, Azərbaycandan Şimali Kiprə uçuşlar həyata keçirməsinə etirazını bildirir.



AB-yə üzv olan Kipr Respublikası eyni zamanda Azərbaycanın həmin Birliyin "Yeni Qonşuluq Siyasəti" proqramında inkişafını da əngəlləyir. Brusseldə, Avropa Parlamentinin Xarici İşlər Komitəsində çıxışı zamanı Benito Ferrero deyib:



"Mən azərbaycanlılara aydın demişəm ki, onlar mövqelərini dəyişməsələr, məsələnin həllini tapmasalar, biz irəliyə yalnız Ermənistan və Gürcüstanla gedəcəyik. Ümid edirik ki, Azərbaycan məsələni həll edəcək. Amma bunun üçün bir neçə həftə lazımdır. Bu müddətdən sonra isə mən o biri ölkələri, yəni Ermənistanı və Gürcüstanı gözlədə bilmərəm”.



Azərbaycan Xarici İşlər Nazirliyi informasiya idarəsinin rəisi Tahir Tağızadə isə deyir ki, Bakının siyasəti Kiprin həm türk, həm də yunan icmalarına bu böhranın aradan qaldırılmasında dəstək verməyə istiqamətlənib:



«Azərbaycanın siyasəti Şimali Kiprin humanitar və iqtisadi təcriddən çıxarılmasına, Kiprin həm türk, həm də yunan icmalarına bu böhranın aradan qaldırılmasında dəstək verməyə istiqamətlənib».



Cənab Tağızadə Azərbaycanın Avropa ilə "Qonşuluq Siyasəti" çərçivəsində əməkdaşlığına dair hələ ki, heç bir rəsmi məlumat almadıqlarını deyir.



«Azərbaycan təyin olunmuş fəaliyyət planı üzrə addımları atmağa hazırdır. O ki qaldı təyyarə uçuşlarına, bu, kommersiya xarakteri daşıyan bir təşəbbüsdür və hökumətin xarici siyasətinə heç bir dəxli yoxdur» - deyə, Tahir Tağızadə bildirir.
XS
SM
MD
LG