Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:41

Quşçuluq fabrikləri qapalı iş rejiminə keçib


Səs: Real audio
Azərbaycanda qışlamağa gələn köçəri quşlarda «quş qripi» xəstəliyinin olub-olmaması müəyyən ediləcək Azərbaycanda fəaliyyət göstərən quşçuluq fabrikləri qapalı iş rejiminə keçib. Oktyabrın 13-dən isə bəzi yerlərdə köçəri quşlardan qan götürülərək onlarda «quş qripi»nin olub-olmaması yoxlanılacaq.



Bunu «Azadlıq» radiosuna Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov dedi. Onun sözlərinə görə, baytarlıq xidməti Fövqəladə Hallar Komissiyasına müraciət edib. Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Elmlər Akademiyasının mütəxəssislərindən ibarət komissiya yaradılıb. Oktyabrın 13-dən başlayaraq komissiya üzvləri köçəri quşlardan 10-15 ədəd vuraraq, onlardan qan götürüb Baytarlıq Laboratoriyasına verəcək. Bu yolla Azərbaycanda qışlamağa gələn quşlarda xəstəliyin olub-olmaması müəyyən ediləcək.



Oktyabrın 11-də isə ölkədə fəaliyyət göstərən quşçuluq fabrikləri rəhbərlərinin və baş baytar həkimlərin iştirakı ilə toplantı keçirilib. Həmin fabriklərin ciddi iş rejiminə keçməsiylə bağlı göstəriş verilib.



Azərbaycana Türkiyə və İrandan quş əti gətirilməsinə qadağa qoyulub. 2003-cü ildən bəri bir neçə Asiya ölkəsində «quş qripi»ndən ölən insanların sayı 70-ə çatıb. Son ölüm hadisəsi bu həftə Vyetnamda qeydə alınıb. Bu virusdan 10 milyonlarla quş tələf edilib.
XS
SM
MD
LG