Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:06

Keçmiş Səhiyyə nazirinin həbs xəbəri təsdiqləndi


Səs: Real audio
Əli İnsanovun evlərindən 1 milyon 289 min ABŞ dolları, 884 min avro, 25 kiloqram müxtəlif qızıl-brilyant əşyalar və kərpic formasında tökmə qızıl külçələr, çoxsaylı əmlaklara mülkiyyət hüququnu təsdiq edən sənədlər, 17 ədəd qiymətli rəsm əsəri, antik olması ehtimal edilən zinət əşyaları, Səhiyyə Nazirliyinin inzibati binasında yerləşən iş otağından 20 min ABŞ dolları və müxtəlif qiymətli əşyalar tapıldığı bildirilir Keçmiş Səhiyyə naziri Əli İnsanovun həbs edilməsi haqqında məlumatlar təsdiqləndi. Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin oktyabrın 21-də yaydığı məlumatda belə deyilir.



Məlumatda bildirilir ki, Cinayət Məcəlləsinin 179.3, 308.2, 28.220 və 278-ci maddələri ilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevə məxsus evlərdə, bağlarda və müxtəlif obyektlərdə axtarışlar aparılmış və külli miqdarda xarici valyuta, zinət əşyaları, sənət əsərləri və cinayət yolu ilə əldə edilmiş digər qiymətli əşyalar götürülmüşdür: «Axtarışlar nəticəsində Fərhad Əliyevin İqtisadi İnkişaf Nazirliyinin inzibati binasındakı iş otağından 50 min 500 ABŞ dolları, 6 min avro və 860 Böyük Britaniya funt sterlinqi, “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən mənzilindən 30 min avro, 6 min 500 ABŞ dolları, bağ evlərindən 34 ədəd qiymətli rəsm əsəri, 500 ədəd dövlət özəlləşdirmə payı, qardaşı Rafiq Əliyevə məxsus “Azpetrol” şirkətinin ofisindən 565 min ABŞ dolları və kassaya mədaxil edilməmiş 5 milyard 609 milyon manat aşkar edilərək götürülmüşdür. Axtarış aparılan ünvanlarda həmçinin külli miqdarda qızıl-zinət əşyaları, 7 ədəd müxtəlif markalı tapança və ov silahları, digər qiymətli əşyalar, çoxsaylı əmlaklara mülkiyyət hüququnu təsdiq edən sənədlər də aşkar olunmuşdur. Fərhad Əliyevə faktiki məxsus olan çoxlu kommersiya obyektlərində korrupsiya və digər qanun pozuntuları ilə bağlı araşdırmalar davam etdirilir».



Məlumatda daha sonra deyilir ki, cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Rəsul Quliyevin Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi məqsədi daşıyan cinayətkar planının həyata keçirilməsi, onun tərkib hissələri kimi əhalinin kütləvi şəkildə beynəlxalq hava limanına toplanması, asayişi mühafizə qüvvələrinə müqavimət göstərməklə iğtişaşlar törətməli olan silahlı təxribat qruplarının formalaşdırılması üçün zəruri olan maliyyə vəsaitləri ilə təmin edən şəxslərdən birinin sabiq Səhiyyə naziri Əli İnsanov olduğu müəyyən edilmişdir: «İstintaq araşdırmaları göstərir ki, Fikrət Yusifov mütəmadi əlaqə saxladığı Rəsul Quliyevin tapşırığı ilə müxtəlif vaxtlarda Əli İnsanovla görüşmüş, ölkədə hakimiyyətin zorla ələ keçirilməsi məqsədi ilə planlaşdırılmış işlərdə fəal iştirak etməsi, eləcə də lazım olan məbləğdə maliyyə vəsaiti ayırması barədə göstərişlərini ona çatdırmışdır».



Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin birgə məlumatında bildirilir: «Fikrət Yusifov 2005-ci ilin avqust ayında Əli İnsanovla əlaqə saxlayaraq, Novxanı-Sumqayıt yolunun kənarındakı “Flaqman” restoranında görüşmüşdür. Söhbət zamanı Əli İnsanov dövlət mənafeləri əleyhinə yönəlmiş planları dəstəkləyərək, hərtərəfli kömək edəcəyi barədə söz vermiş və Rəsul Quliyevi buna əmin etməyi Fikrət Yusifovdan xahiş etmişdir. Fikrət Yusifov 2005-ci il avqust ayının sonlarında Sankt-Peterburq şəhərində olarkən Rəsul Quliyevlə telefon əlaqəsi yaradaraq, hakimiyyətin zorla ələ keçirilməsinə Əli İnsanovun tərəddüd etmədən istənilən maliyyə yardımını göstərməyə hazır olduğunu bildirmişdir. Rəsul Quliyev isə öz növbəsində Əli İnsanovdan 100 min ABŞ dolları almaq barədə tapşırıq vermişdir. Sentyabr ayının axırlarında B
XS
SM
MD
LG