Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:37

Aztəminatlı gənclər üçün pulsuz ixtisas kursları


Səs: Real audio
Eks-spiker Bakıya gəlişinin təxmini tarixini açıqladı Gəncədə yaşayan məcburi köçkün, aztəminatlı ailələrdən olan yeniyetmələr və gənclər heç bir pul ödəmədən ingilis dili, kompüter kurslarına gedə, dülgərlik və xalçaçılıq sənətlərini öyrənə bilərlər. Bu imkanı yaradan Norveç Humanitar Təşkilatının Gəncədə açdığı Peşə Təlim Mərkəzidir.



Təşkilatın ofis meneceri Dəmir Bayramov deyir ki, mərkəzin əsas məqsədi müraciət edənlərə peşə verməkdir: "Kimsəsiz, məcburi köçkün və qaçqınların ailələrindən olan uşaqlara hansısa bir peşə verilir ki, sonra özlərini həyatda tapa bilsinlər".



Dəmir Bayramov mərkəzin müraciət edən əlil yeniyetmə və gəncləri də geri qaytarmadığını deyir. Mərkəzin üzvləri təhsil və ya öyrəndikləri peşənin ləvazimatları ilə də pulsuz təmin olunurlar.
XS
SM
MD
LG