Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:59

AB «üçlüyü» prezidentin son sərəncamını alqışlayır


Səs: Real audio
Həmçinin müxalifət tərəfdarlarının həbsindən narahatlığını bildirir Avropa Birliyi (AB) «üçlüyü» («Troyka») prezident İlham Əliyevin oktyabrın 25-də verdiyi sərəncamı alqışlayır. «Troyka» həmçinin Azərbaycan hökumətini bu sənədi sürətlə yerinə yetirməyə, azad və ədalətli seçki üçün daha yaxşı şərait yaratmağa çağırır.



«Üçlüyü»n yaydığı bəyanatda deyilir ki, parlament seçkisi Azərbaycan üçün həlledici sınaqdır. «Troyka» hökuməti sərbəst toplaşma azadlığını tam təmin etməyə, bütün tərəfləri dialoqu bərpaya çağırır.



«Üçlük» həmçinin 16-17 oktyabrdan sonra müxalifət tərəfdarlarının həbsindən narahatlığını bildirir.



«Troyka» bu fikirdədir ki, Azərbaycanla Yunanıstan arasında birbaşa əlaqə qurulmalı, rəsmi Afinanı tanınmamış Şimali Kiprlə bağlı narahatedən məqamlar aydınlaşdırılmalıdır.



Bu yaxınlarda AB-nin nümayəndəsi demişdi ki, Azərbaycanın tanınmamış Şimali Kiprlə münasibətləri bu ölkənin birliyin qonşuluq proqramına üzvlük danışıqlarını yubada bilər.
XS
SM
MD
LG