Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:09

«O olmasın, bu olsun» yenidən qayıtdı


Səs: Real audio
Rino Harnişin sözlərinə görə, prezidentin 25 oktyabr sərəncamı düzgün icra olunduğu halda, bir sıra narahatlıq doğuran məsələlər aradan qaldırıla bilər Dövlət Musiqili Komediya Teatrında "O olmasın, bu olsun" tamaşası yenidən bərpa edilir. Tamaşanın rejissoru, xalq artisti Cənnət Səlimova ilk təqdimatın noyabrın sonunda olacağını deyir



- Bizim teatrda "Məşədi İbad" tamaşası var. Amma 1-2 ildir ki, bu tamaşa göstərilmir. Biz indi onu bərpa edirik və göstərəcəyik. Dördpərdəli, ikihissəli tamaşadır. Üzeyir Hacıbəyovun liberettosu əsasındadır, heç bir sözü dəyişməmişik. Filmdə iri, ümumi planlar var, amma burada elə bir şey yoxdur. Bu, sırf teatr incəsənəti ilə əlaqədardır.



- Cənnət xanım, aktyor seçimində bir yenilik varmı?



- Yenilik var. Gülnaz rolunu çox istedadlı gənc aktrisalar – Nərgiz Zöhrabova və Elnarə Babayeva, Sərvər rolunu isə Fərid Əliyev oynayır. Qalan aktyorlar köhnə ifaçılardır. Xalq artisti Hacıbaba Bağırov Məşədi İbad rolunda, xalq artisti Afaq Məlikova Sənəm, əməkdar artist Ramiz Məmmədov hambal rolunda və s.



- Tamaşaçılara nə vaxt təqdim olunacaq bu tamaşa?



- Noyabrın axırında biz bu tamaşanı göstərəcəyik. Tamaşaçılar bu tamaşaya Musiqili Komediya Teatrının səhnəsində baxa biləcəklər. Tamaşaçıları böyük məmnuniyyətlə bu ilk tamaşada gözləyirik.
XS
SM
MD
LG