Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:59

<i>«Azadlıq»</i>: «Xarici telekanallara qarşı senzuraya əl atıldı»


Səs: Real audio
Rusiyanın RTR kanalından «Azadlıq» radiosuna bildirirlər ki, onların canlı yayım üçün avadanlıqlarla təchiz olunmuş maşınları sərhəddə saxlanılıb və ölkəyə buraxılmır «Bakı-Xəbər» qəzeti prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışını şərh edərək yazır ki, seçkiyə az bir vaxt qalmış keçirilən bu tədbirdə dövlət başçısı bir çox şeyləri etiraf etməklə yanaşı, bundan sonra özünün və komandasının necə işləməsi mexanizmini də üstüörtülü anlatdı. Məqalədə bildirilir ki, cənab Əliyev məmurlarla indiyə qədər olmayan formada açıq danışdı və təxminən demək istədi ki, «nə edirsiniz edin, amma komandada qalın və onu qoruyun».



«Azadlıq» qəzetindəki «Xarici telekanallara qarşı senzuraya əl atıldı» başlıqlı məqalədə bildirilir ki, bu məsələdə də Azərbaycan qanunlarındakı boşluq problem yaratdı. Mərkəzi Seçki Komissiyasında kifayət qədər telekanal, radio və qəzetlərin müxbirləri seçki xəbərlərini yaymaq və müşahidə etmək üçün qeydiyyatdan keçsə də, bir neçə xarici telekanalın Azərbaycandan canlı məlumatlar ötürməsində problemlər yaranacaq.



Qəzet yazır ki, bu, Azərbaycanın beynəlxalq imicinə, həmçinin seçkinin demokratikliyinə kifayət qədər zərbə vuracaq hadisə olduğu üçün hökumət orqanlarının təcili tədbirlər görməsinə ehtiyac var. Məqalədə bildirilir ki, artıq baş verənlərə xarici KİV-lərin Bakıdakı nümayəndələri səviyyəsində sərt reaksiyalar verilir.
XS
SM
MD
LG