Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:17

Dörd komissiya sədri həbs edilib


Səs: Real audio
Təşkilatın icraçı direktoru Ann Kuper: «Bu hərəkətlər bir daha göstərir ki, seçki beynəlxalq standartlara uyğun keçməyib» Baş Prokurorluq səsvermə nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən etibarsız hesab edilmiş 9 saylı Binəqədi ikinci və 42 saylı Sumqayıt ikinci seçki dairələrində seçki qanunvericiliyinin kobud pozulması faktları ilə əlaqədar Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 161.1-ci (seçki sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma) maddələri ilə cinayət işləri başlayıb.



Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən aparılan istintaq hərəkətləri nəticəsində məlum olub ki, 9 saylı Binəqədi ikinci seçki dairəsi Dairə Seçki Komissiyasının sədri Canayev Zahid Ramazan oğlu, 20 saylı Məntəqə Seçki Komissiyasının sədri Budaqov Ziyadxan Qurban oğlu, 42 saylı Sumqayıt ikinci seçki dairəsi Dairə Seçki Komissiyasının sədri Abdullayev Tofiq Mütəllim oğlu, 17 saylı Məntəqə Seçki Komissiyasının sədri Əzimov Şükür Mahmud oğlu Milli Məclisə seçkilər zamanı səsvermənin nəticələri barədə rəsmi seçki sənədlərini saxtalaşdırıblar. Bununla da həmin qanun pozuntuları səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə seçicilərin iradəsini düzgün və obyektiv müəyyənləşdirməyə imkan verməyib.



«AzərTAc» Agentliyi xəbər verir ki, bu əməllərinə görə Canayev Zahid Ramazan oğlu, Budaqov Ziyadxan Qurban oğlu, Abdullayev Tofiq Mütəllim oğlu və Əzimov Şükür Mahmud oğlu istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulub.



Mərkəzi Seçki Komissiyasından 31 saylı Suraxanı 2-ci seçki dairəsinin 8, 13, 17, 18, 20, 22, 23, 24, 25 və 28 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntularına yol verilməsi və buna görə həmin seçki məntəqələri üzrə seçkilərin etibarsız sayılması və müvafiq materialların araşdırılması üçün Baş Prokurorluğa göndərilməsi barədə müraciət daxil olub. Həmin müraciətlə əlaqədar müvafiq materiallar nəzərdən keçirilərkən bu məntəqə seçki komissiyalarının sədrlərinin və üzvlərinin əməllərində də cinayət əlamətləri olması aşkar edildiyinə görə həmin şəxslərin haqqında Cinayət Məcəlləsinin 308.1-ci və 161.1-ci maddələri ilə cinayət təqibi həyata keçirilməsinə dair qərar qəbul edilib.
XS
SM
MD
LG