Səs: Real audio
Venesiya Komissiyasının katibi «mentaliteti dəyişmək üçünsə ən yaxşı vasitə pozuntulara yol verənlərin cəzalandırılmasıdır» - deyir AXCP-nin Gənclər Təşkilatının (GT) üzvü olan bəzi tələbələr siyasi baxışlarına görə təzyiqlərə məruz qaldıqlarını deyirlər. Onlardan biri - Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin tələbəsi Elturan Mürsəlzadə bildirir ki, noyabrın 9-da - müxalifət partiyalarının mitinq keçirdiyi gün səhər Yasamal Rayon Polis İdarəsinə aparılıb. Onun sözlərinə görə, həmin gün BDU-nun daha iki tələbəsi də saxlanıb. Yalnız aksiyadan sonra sərbəst buraxıldıqlarını deyən Elturan Mürsəlzadəyə görə, bundan sonra universitetin rəhbərliyi də onlara təzyiq etməyə başlayıb.
E.Mürsəlzadə deyir ki, universitetdə izlənir, hara gedirsə, Həmkarlar Təşkilatının bəzi üzvləri onun arxasınca düşürlər.
BDU-nun tarix fakültəsinin dekanı Sani Hacıyev isə bildirir ki, Elturan Mürsəlzadəyə heç bir təzyiq göstərilmir, o, sərbəst şəkildə dərsə gəlib-gedir. Cənab Hacıyevin sözlərinə görə, fakültədə müxtəlif partiyaların üzvü olan tələbələr təhsil alır, müəllimlər işləyir, amma onları heç kim siyasi baxışlarına görə təqib etmir.
Bir neçə gün əvvəl isə AXCP GT-nın digər bir üzvü Sənan Ağacanov təhsil aldığı Pedaqoji Universitetdən xaric edilib. Universitet rəhbərliyi bunu onun imtahandan kəsilməsi ilə izah edir, Sənan Ağacanov isə siyasi fəaliyyətinə görə təqib edildiyini və universitet rəhbərliyini məhkəməyə verəcəyini bildirir.