Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:58
Rubrikalar

Cənubi Qafqazda «quş qripi» ilə mübarizə


Səs: Real audio
Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov isə

müxalifəti dialoqa çağırır "Quş qripi" ilk dəfə 1900-cu ilin əvvəllərində İtaliyada tapılıb. 1918-ci ildə "quş qripi" 20 milyondan 50 milyonadək adamın ölümünə səbəb olub. 1997-ci ildə virus Honq-Konqda qeydə alınıb, amma ərazidəki bütün ev quşlarını öldürməklə xəstəlikdən qurtarıblar. 2003-cü ildə isə "quş qripi" Asiyadan Avropaya yayılaraq 63 adamı öldürüb. Amma ölənlərin hamısı xəstəliyə quşlardan yoluxmuşdu. Ümumdünya Səhiyyə Təşkilatını narahat edən odur ki, "quş qrip"i adamdan adama keçsə, xəstəliyin qarşısını almaq çətin olacaq. İqtisadçılar deyirlər ki, xəstəlik bütün planetə yayılsa, 800 milyard dollar ziyan vuracaq.



"Quş qripi"nə qarşı dərman tapılmayıb, xəstəliklə hələ ki, qadağa yoluyla mübarizə aparılır. Avropa Birliyi kənardan quş əti məhsullarının idxalına qadağa qoyub. Avropa və Asiya ölkələrinin çoxunda, o cümlədən Azərbaycanda vəhşi quş ovu qadağandır. Hələ ki, Azərbaycanda "quş qripi" tapılmayıb. Amma bir çox mütəxəssislər hesab edirlər ki, buna sevinib xəstəliyə qarşı önləyici tədbirləri azaltmaq olmaz. Onlar bildirirlər ki, Rusiyanın şimal bölgələrində havalar mülayim keçdiyi üçün köçəri quşların əsas hissəsi hələ Azərbaycana gəlməyib. Onların gəlişi noyabrın ortalarında başlaya və "quş qripi" ilə bağlı təhlükə də arta bilər. [Daha ətraflı Audio hissədə Bakıdan Rövşən Qənbərov]



- Ermənistanda quşçuluqla məşğul olanlar gəlirlərinin iki dəfə azaldığını deyirlər. "Quş qripi"nin qorxusundan camaat toyuq əti almır. Baxmayaraq ki, hökumət sərhəddən keçənlərin yoxlanıldığını, quşçuluqla məşğul olanlar isə məhsullarının təmiz olduğunu deyirlər. Ermənistan Səhiyyə Nazirliyi xəstəlik yayıldığı halda əhalinin 10 faizi üçün vaksin ehtiyatı görüb. [Daha ətraflı Audio hissədə Yerevandan Heqine Bunyatyan]



- Vəhşi quş ovu Gürcüstanda da qadağandır. Qadağalardan başqa ölkə prezidenti Mixail Saakaşvili "quş qripi"nin qarşısının alınması üçün vəsait ayırıb. Gürcüstanda da sərhəd-keçid məntəqələrində avtomobillərin dezinfeksiyası üçün dərman alıblar. Amma gürcülər də quş əti yeməkdən çəkinirlər. [Daha ətraflı Audio hissədə Tbilisidən Cimşe Rexviaşvili]
XS
SM
MD
LG