Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:52

<i>«525-ci qəzet»</i>: «Yuri Merzlyakov danışıqlar prosesinin bərpa olunmasını təklif edir»


Səs: Real audio
Buna meriyaya müraciət üçün qanunda nəzərdə tutulan müddətin burxılması səbəb olub «525-ci qəzet»dəki «Yuri Merzlyakov danışıqlar prosesinin bərpa olunmasını təklif edir» başlıqlı məqalədə Vüqar Orxan yazır ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü 2006-cı ilin əvvəllərində baş tuta bilər. Məqalədə bildirilir ki, əgər Minsk Qrupu həmsədrlərinin Bakı və Yerevanla məsləhətləşmələri müsbət yekunlaşsa, iki ölkənin rəhbəri artıq gələn ilin yanvarında ciddi qərarlar qəbul edə bilər.



Bu barədə rusiyalı həmsədr Yuri Merzlyakovun açıqlama verdiyini yazan müəllif onu da qeyd edir ki, həmsədrlər bir qədər əvvəl Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edərək, yaxın vaxtlarda ikitərəfli görüşün keçirilməsinin əhəmiyyətini nəzərə çatdırıblar. Müəllif yazır ki, həmsədrlər sözügedən müraciətdə bir məqamı da vurğulamışdılar ki, onların nizamlamanın perspektivinə dair bəzi yeni mülahizələri var.



«Bakı-Xəbər» qəzetindəki «Türkiyə hökumətinin dörd fərqli açıqlaması» başlıqlı məqalədə Elşan Xəyal yazır ki, bu açıqlamalardan birinin müəllifi seçkini izləmiş «Mərmərə» Qrupudur ki, onlar da şəffaf və demokratik seçki keçirildiyini bildirdilər. Məqalədə deyilir ki, bunun ardınca Türkiyə XİN-in sözçüsü Namiq Tan dedi ki, Türkiyə Azərbaycan hakimiyyətini seçkinin nəticələrini araşdırmağa çağırır. İki gün öncə isə bu ölkənin Azərbaycandakı səfiri Turan Moralı «Mərmərə» Qrupunun mövqeyinin Türkiyə hökumətinin iradəsini əks etdirmədiyini bəyan etdi.



Müəllif yazır ki, bütün bunlardan sonra düşünmək olardı ki, Türkiyə hökuməti qəti və konkret olaraq Azərbaycanda demokratiyanın bərqərar edilməsində maraqlıdır. Amma qardaş ölkənin hökumət başçısı bu məsələyə münasibətdə ziddiyyətli rəy yaratdı. O, bildirdi ki, Azərbaycanda hər hansı «məxməri inqilab»ın əleyhinədir və kiçik qanun pozuntularının araşdırılmasını istəyir.
XS
SM
MD
LG