Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 05:11

Elmar Məmmədyarov Avropa Şurasının sessiyasında çıxış edəcək


Səs: Real audio
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Günnarsdottir təşkilatın bütün məsələlər araşdırılana qədər əlavə şərh verməyəcəyini bildirir Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Brüsseldə bir sıra görüşlər keçirib. O, Avropa Birliyi Nazirlər Şurasının Xarici Əlaqələr və Hərbi-Siyasi Məsələlər üzrə baş direktoru Robert Kuper, Avropa Komissiyası Xarici Əlaqələr Baş Direktorluğunun direktor müavini Maykl Li və Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitye ilə bir araya gəlib. Görüşlərdə Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla AB arasında fəaliyyət planının hazırlanması üzrə danışıqların başlanması, Ermənistan-Azərbaycan münaqişəsi, Cənubi Qafqazda vəziyyət müzakirə olunub.



Nazir Azərbaycanda ötən parlament seçkisi barədə də həmsöhbətlərinə məlumat verib.



Avropa səfəri çərçivəsində Elmar Məmmədyarov həmçinin Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 115-ci sessiyasında çıxış edəcək.
XS
SM
MD
LG