Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:12

Biləsuvarda aclıq aksiyası davam edir


Səs: Real audio
"Əgər seçki pozuntularıyla bağlı tədbir görülməsə, etiraz aksiyalarında nümayişçilərə qarşı zorakılıqdan istifadə olunsa, Avropa Birliyi Hərəkət Planıyla bağlı hökumətlə danışıqlarını dayandırmalı, Birləşmiş Ştatlar və digər ölkələr İlham Əliyevin və əsas nazirlərin səfərlərinə diplomatik embarqo qoymalı, Avropa Şurası Azərbaycanın üzvlüyünün ləğvi yönündə işə başlamalıdır" Biləsuvarda seçki saxtakarlığına etiraz edən 12 nəfərin aclıq aksiyası davam edir. Aksiyaçılardan biri, 66 saylı Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Mirzəkulla Zəkinin sözlərinə görə, nə icra hakimiyyəti, nə hüquq-mühafizə orqanları, nə də rayon xəstəxanasının həkimləri onlara baş çəkib, tələbləri ilə maraqlanmayıblar.



Biləsuvar Rayon İcra Hakimiyyətindən aksiya ilə bağlı hər hansı açıqlama verməkdən imtina etdilər.



Aclıq edənlər bu dairədən seçkinin nəticələrinin ləğv olunmasını və əyalətdəki mitinqdə həbs olunmuş iki nəfərin azadlığa buraxılmasını tələb edirlər.
XS
SM
MD
LG