Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 08:47

Xaçmazda Müsavat Partiyasının üzvü həbs edilib


Səs: Real audio
"Əgər seçki pozuntularıyla bağlı tədbir görülməsə, etiraz aksiyalarında nümayişçilərə qarşı zorakılıqdan istifadə olunsa, Avropa Birliyi Hərəkət Planıyla bağlı hökumətlə danışıqlarını dayandırmalı, Birləşmiş Ştatlar və digər ölkələr İlham Əliyevin və əsas nazirlərin səfərlərinə diplomatik embarqo qoymalı, Avropa Şurası Azərbaycanın üzvlüyünün ləğvi yönündə işə başlamalıdır" Noyabrın 23-də Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının üzvü Loğman Məmmədov məhkəmənin qərarı ilə beş gün müddətinə həbs olunub.



Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Ramazan Əliyevin sözlərinə görə, məhkəmə cənab Məmmədovu «bəzi rayon sakinlərini təhqir etməkdə» təqsirləndirib.



Xaçmaz Rayon Məhkəməsinin sədri İsmayıl Əbdülrəhmanlı isə, Loğman Məmmədovun inzibati xəta törətdiyinə görə həbs olduğunu bildirir.



Ramazan Əliyev baş verənləri partya fəalının siyasi fəaliyyətilə əlaqələndirib.
XS
SM
MD
LG