Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:52

Biləsuvarda aclıq edənlərə həkim baş çəkib


Səs: Real audio
Müsavat Partiyasının başqanı İsa Qəmbər: «Yoxlayaq görək, cəmiyyətin passiv etiraz gücü necədir» Seçkinin nəticələrinə etiraz edən 14 nəfər Biləsuvarda aclıq aksiyasını davam etdirir. Aksiyaçılardan biri - 66 saylı Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Mirzəkulla Zəkinin sözlərinə görə, ABŞ səfirliyi və bir sıra başqa beynəlxalq təşkilatlara müraciətdən sonra noyabrın 23-də rayon İcra Hakimiyyəti başçısının müavini Akif Kazımov, axund, Yeni Azərbaycan Partiyasının yerli təşkilat sədri və daha bir neçə nəfər onlara baş çəkib, vəziyyətləri ilə maraqlanıb.



Cənab Zəki bildirir ki, indiyədək onların müayinəsi üçün həkim də ayrılmayıbmış. Bu problem isə ombudsman Elmira Süleymanovaya müraciətdən sonra həllini tapıb.



Aksiya beş gün öncə başlayıb. İlk gündə aclıq edənlərin sayı 20 olsa da, səhhətlərindəki problem üzündən onlardan altısı aclığı dayandırıb.
XS
SM
MD
LG