Səs: Real audio
Nuşirəvan Məhərrəmli: «Reklam qaydalarını pozan televiziyalara bir daha xəbərdarlıq edilməyəcək» - Azərbaycan Respublikası ilə Çexiya arasında gəlirlərə və əmlaka görə ikiqat vergitutmanın aradan qaldırılması və vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında saziş imzalanıb.
Hazırda Azərbaycanla dünyanın 15 ölkəsi arasında belə saziş mövcuddur, 9 ölkəylə saziş layihəsi imzalanıb, 6 ölkəylə isə danışıqlar gedir.
- Prezident İlham Əliyev «Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlarında manatın denominasiyasının tətbiqi haqqında» qanun imzalayıb.
Qanuna görə, 5000 manat 2006-cı il yanvarın birindən 1 manata bərabər tutulur. Sənəddə həmçinin deyilir ki, «Şərti maliyyə vahidi haqqında» qanunun 2-ci maddəsindəki «5500 manat» sözləri «1 manat 10 qəpik» sözləri ilə əvəz edilir.
- Prezidentin digər bir fərmanı "Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında" qanunun icrasının təmin edilməsi barədədir. Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, əlillərin, ilk dəfə iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı dövlət proqramlarını bir ay müddətində təsdiq etsin.
- Ümumdünya Ərzaq Proqramının [ÜƏP] rəhbərliyi 130 min məcburi köçkün üçün nəzərdə tutulan üçillik yardım proqramı çərçivəsində 3 milyon [ildə 1 milyon] həcmində yardıma görə Azərbaycan hökumətinə təşəkkür edib. Yardım 24 milyonluq həmin proqramın 25 faizlik maliyyə kəsiri ilə üzləşdiyi dövrə təsadüf edir.
- Milli Bankdan verilən məlumata görə, noyabrın 25-də 1 ABŞ dolları 4 596, 1 avro 5 411, 1 rus rublu isə 159 manat olub.