Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:56

İçərişəhər Nazirlər Kabinetinə verildi


Səs: Real audio
Dekabrın 3-də növbəti etiraz aksiyası keçirmək üçün meriyaya müraciət edilib İçərişəhərin qorunması ilə bağlı prezident yeni fərman verdi, İçərişəhəri qorumağı bu dəfə birbaşa hökumətə tapşırdı. UNESCO-nun siyahısında olan, əvvəlki sərəncamların qoruya bilmədiyi bu tarixi qoruğu yeni fərman qoruya biləcəkmi?



«Heyf deyildi, qədimi evlər, ikimərtəbə, yaraşıqlı. Burdakı ikimərtəbəni sökdülər, səfirlik binasını tikdilər. Bu hündür bina tikilməmişdən əvvəl evimizdən dəniz görünürdü, əməlli-başlı hava vardı. Bərpa başqadır, təzə binanın tikilməsi başqa. Bu hündür binaları tikəndən sonra bir, iki mərtəbələr qaldı aşağıda, indi evlərdə hava da yoxdur».



Aytən Aslanova İçərişəhərdəki 1-ci Qəsr döngəsində tikilmiş hündürmərtəbəli binanın qarşısında dayanıb gileylənir. İndi çoxları İçərişəhərin bu günündən onun kimi danışır.



Qədim şəhərə uyuşmayan binaların tikintisi isə çoxdan başa çatıb. Həmin tikintilər davam edəndə də səlahiyyətlilər bu tarixiliyin qorunmamasından heyfsələnərək danışırdılar.



Keçmiş prezident Heydər Əliyev 2003-cü ilin fevralında İçərişəhərin mühafizəsi və bərpası ilə bağlı sərəncam imzalayıb yeni tikintilərin qadağan olduğunu göstərdi. Ancaq bundan sonra da İçərişəhərdə tikinti davam edirdi. Bir il əvvəlsə 1000-ə yaxın ziyalı İlham Əliyevə müraciət edib prezidenti tikintilərin dayandırılmasına çağırdı.



Həmin vaxt Mədəniyyət Nazirliyi məsuliyyətin İçərişəhər qoruğu rəhbərliyinin, qoruq rəhbərliyi isə Mədəniyyət Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin daşıdığını deyirdi.



Ötən həftəsonu isə prezident Nazirlər Kabineti yanında «İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında» fərman imzaladı. Artıq İçərişəhərqoruğunun Mədəniyyət Nazirliyinə və Bakı şəhər İcra Hakimiyyətinə tabeçiliyi yoxdur.



Fərmanda göstərilir ki, idarənin vəzifələrinə qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması, qanunsuz tikintilərin qarşısının alınması, mühafizə zonasına yaxın sahədə nəqliyyat vasitələrinin hərəkətinə nəzarət daxildir. Abidələr üçün hər hansı bir təhlükə yarada bilən təmir işlərinin aparılması üçün İçərişəhər qoruğunun icazəsi tələb olunur. Fərmana əsasən, idarənin nəzdində memarlıq, arxeologiya, tarix və sənətşünaslıq sahələrinin mütəxəssislərindən ibarət Elmi-Məsləhət Şurası fəaliyyət göstərəcək.



İçərişəhər qoruğunun baş mühəndisi Xaləddin Abbasov: «İndi bütün məsuliyyət qoruğun üzərindədir. Aparılacaq işlərə kollektiv və rəhbərlik baxacaq».



Ancaq indinin özündə də İçərişəhərin ayrı-ayrı məhəllərində tikintilər davam edir. «İçərişəhər» icmasının rəhbəri, rəssam Mir Teymur küçə-küçə tikintisi yeni başa çatmış və davam edən əraziləri göstərir:



«Görürsüz, təmir adıyla dördmərtəbə tikirlər. Bərpa belə olmur. Buna baxın, nə qapısı, nə pəncərəsi uyğun deyil. Bura Hacıbam məscididir, tarixi abidənin içində indi yaşayırlar. Eyvanı nə qədər çıxarıblar. Son bir ildə 100-ə yaxın belə tikili olub».



İçərişəhər qoruğunun baş mühəndisi Xaləddin Abbasov isə deyir ki, İçərişəhərdə sərəncamla yeni tikinti aparılmır:



«2000-ci ildən tikintilər üçün hansısa sərancam verilməyib. Düzdür, indi də bəzi tikintilər var. Onların sərəncamı əvvəllər verilmişdi. Neçə illər həmin tikintilərin bir hissəsi yarımçıq dayanmışdı, sonradan yenidən davam etdirilir. Açığını deyim ki, onların içərisində elələri var ki, həqiqətən İçərişəhərin aurasına ziyan vurur. Bundan sonra isə məsuliyyət bizimdir».



Xaləddin Abbasov onu da bildirdi ki, 10-a yaxın tikintinin qanunsuz olmas
XS
SM
MD
LG