Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:25

Yeni parlamentin legitimliyi tanınır, ya yox?


Səs: Real audio
ADP-nin sədr müavini bu ittihamları əsassız adlandırır Qarşıda yeni bir parlamentin formalaşacağı gözlənilir. Seçkilərinin ilkin nəticələrini MSK təsdiqlədi və Konstitusiya Məhkəməsinə göndərdi.



Seçkiyə qatılan iri bloklardan biri – 116 seçki dairəsi üzrə vahid namizədi olan "Azadlıq" bloku nəticəni tanımayacağını bildirir və onun ləğvini tələb edir.



Bu blokdan 8 nəfərin irəli çıxdığı bildirilir. Onlardan 6-sı parlamentə getməyəcəkləri haqda bəyanat verib.



Amma blokun seçki qərargahının rəhbəri Pənah Hüseyn noyabrın 25-də "Azadlıq" radiosu ilə canlı söhbətdə parlamentə getməyin mümkünlüyünü də istisna etməyib.



Başqa bir iri blokun – "YeS" blokunun isə qalib elan olunan hər iki namizədi – Vahid Əhmədov və Əli Məsimov parlamentdə iştirak edəcəklərini bildirirlər.



Blokun həmtəsisçilərindən olan Eldar Namazov seçilməyib. O, seçkini saxtalaşdırılmış sayır. Belə seçki ilə formalaşan parlamentin legitim olmayacağını deyir. Bir tərəfdən pozuntu iddiaları, o biri tərəfdən parlamentə getmək. Parlamentin legitimliyi tanınır, ya yox?



Əgər müxalifət parlamentdə iştirak etməsə, onun legitimliyinə xələl gələ bilərmi?



58 namizədi qalib elan olunan Yeni Azərbaycan partiyası icra katibinin müavini Mübariz Qurbanlı iştirak etməyənlərin yalnız özlərinə və partiyalarına ziyan vuracaqlarını deyir. Bunun gələcək parlamentin legitimliyinə təsir etməyəcəyini bildirir.



Parlamentin legitimliyi nəylə ölçülür?



Bu dəfəki söhbətimizin qonağı fəlsəfə elmləri doktoru, professor demokratiya barədə bir neçə kitabın müəllifi Rəhman Bədəlovdur.



Rəhman bəyin həmmüəllif olduğu sonuncu kitab Almaniyada nəşr olunub. "Diaspora, neft və qızılgül" adlanan bu kitabın təqdimat mərasimi bu günlərdə Tbilisidə keçirilib. Həmin addakı üç söz Güney Qafqazın üç ölkəsinə işarədir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG