Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:47

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda 500 minə yaxın əlil var


Səs: Real audio
«Mən müxalifətin 26 noyabr aksiyasından sonra bu qərarı verdim. Mən o günün məsuliyyətini bölüşmək istəmədim. Mən heç vaxt başqasının körpəsini şəraiti bilə-bilə təhlükəyə atmazdım» Dekabrın 3-ü Beynəlxalq Əlillər Günüdür. Statistik məlumatlara görə, Azərbaycanda 368 min, qeyri-rəsmi məlumatlara əsasən isə 500 minə yaxın əlil insan var. Onlardan 43000 nəfərə yaxını məktəb yaşlı uşaqlardır.



Azərbaycanda gözdən əlillər 155 min manat təqaüd və 30 min manat kompensasiya alırlar. Onların ən çox gileyləndiyi məsələ iş yerlərinin olmamasıdır. 27 yaşlı gözdən əlil anası Sabahgül Eldənizova əlillik təqaüdünün azlığından, hətta gələn il bu məbləğ artırılsa belə, bunun minimum xərclərə bəs etməyəcəyindən şikayətlənir.



Gözdən Əlillər Cəmiyyətinin nümayəndəsi Ağa Bəylərov isə hesab edir ki, dünyanın heç yerində əlillərə belə güzəştlər yoxdur: «Əlillərin yaşayışı üçün yaxşı təminat var».
XS
SM
MD
LG